RƏHMƏT
  • Başlıq: RƏHMƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 4:57:13 2-10-1403

RƏHMƏT
Quran
"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!"
"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!"  
Hədis
Məkarimul- əxlaq Ənəsdən nəql edir:
Peyğəmbər (s) əgər səhabələrinin hər hansı birini üç gün görməzdisə, onu söruşardı. Əgər səfərə getmiş olsaydı, ona dua edərdi, əgər şəhərdə olsaydı, onu görməyə gedərdi. Əgər xəstə olsaydı ona dəyməyə gedərdi.