Ədalət
Quran
"(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: "Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"
Hədis
İmam Əli (ə): Allahın rəsulunun (s) bir yəhudiyə neçə dinar borcu var idi. O, borcunu östəyən zaman, Peyğəmbər (s) ona buyurdu: Ey yəhudi! Hal hazırda sənə verməyə bir şeyim yoxdur.
O, dedi: Ey Məhəmməd! Borcumu almayınca səni buraxan deyiləm.
Peyğəmbər (s) buyurdu: "Onda mən də səninlə burada otururam". O, o vaxta qədər oturdu ki, zöhr, əsr, məğrib, işa və sübh namazlarını da orada qıldı. Peyğəmbərin (s) səhabələri, o kişiyə hədə qorxu gəldilər. Peyğəmbər (s) onlara baxdı və buyurdu: "Onunla nə işiniz var?"
Ərz etdilər: Ey Allahın rəsulu! Bir yəhudi sizi burada saxlayıb?
Buyurdu:" Allahım məni əhd bağlayanlara və bağlamayanlara zülm etmək üçün göndərməyibdir".
Elə ki, səhər tam açıldı, yəhudi dedi: Şəhadət verirəm ki, Allahdan başqa bir Allah yoxdur. Məhəmməd onun bəndəsi və rəsuludur. Malımın (pulumun) yarısını Allah yolunda verirəm. And olsun Allaha ki, bunu ona görə etdim ki, sənin barəndə Tövratda gəlmiş xüsusiyyətləri imtahan edim. Mən sənin xislətlərini Tövratda belə oxumuşam: Məhəmməd, Abdullah oğlu, doğulduğu yer Məkkə, hicrət etdiyi yer Mədinədir. Tünd xasiyyətli və əsəbli deyil. Səs- küy salmaz, dilinə söyüş və nalayiq söz gətirməz. İndi Mən şəhadət verirəm ki, Allahda başqa bir Allah yoxdur və sən onun rəsulusan. İndi mənim bütün mal, dövlətim sizin ixtiyarınızdadır. Onun barəsində Allahın göstərişi ilə hökm edin.
O, yəhudi kişinin çoxlu malı, sərvəti var idi. Amma Peyğəmbər (s) yatacağı bir əba və onun balışı xurma ağacının tükü ilə doldurulmuş bir dəri idi. Bir gecə Peyğəmbər (s) üçün iki onu qat sərdilər. Sübh olduqda Peyğəmbər (s) buyurdu: "Bu yataq gecə məni (müstəhəb) namazdan saxlayıb". Sonra göstəriş verdi ki, onu tək qat etsinlər.
İmam Sadiq (ə): Allahın rəsulu (s) baxışlarını səhabələrinin arasında bölərdi və hamıya bərabər baxardı.