ONUN ADLARININ XÜSUSIYYƏTLƏRI
  • Başlıq: ONUN ADLARININ XÜSUSIYYƏTLƏRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 4:50:19 2-10-1403

ONUN ADLARININ XÜSUSIYYƏTLƏRI
Quran
"Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir."
"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər."  
Hədis
Həzrəti Peyğəmbər (s): Mən, Məhəmmədəm (yer üzündə təriflənmiş). Mən Əhmədəm (Asimanda təriflənmiş). Mən Mahiyəm ki, küfr mənim vasitəmlə məhv olar. Mən Haşirəm ki, camaat mənim dalımca məhşur(və cəm) olarlar. Mən aqibəm (aqib o kəsdir) ki, ondan sonra Peyğəmbər olmaz.  
Həzrəti Peyğəmbər (s): Mən Adəmə camaatın daha çox oxşarıyam. İbrahim (həm) qiyafə və (həm) əxlaqı baxımdan xalqın mənə daha çox oxşarı idi. Allah öz ərşinin üstündən məni on adla adlandırdı və mənim sifətlərimi bəyan etdi. Öz qövmünün tərəfinə göndərilmiş hər Peyğəmbərin öz dinində mənim gələməyimi xəbər verdi. Mənim adımı Tövratda gətirdi və məni tanıtdırdı. Mənim adımı Tövrat və İncil itaətçiləri arasında yaydı. Mənə öz kitabını öyrətdi və məni öz asimanında uca tutdu. Öz adlarından mənə ad düzəltdi. Məni Məhəmməd adlandırdı ki, onun (da) adı Məhmuddur. Məni ümmətinin ən yaxşı nəslindən göndərdi (seçdi). Mənim adımı Tövratda "Ühəyd" (cəhənnəm odundan saxlayan və qoruyan) adlandırdı.
Tövhid vasitəsilə (təkaallahlığı qəbul etməklə) mənim ümmətimin cismlərini cəhənnəm oduna haram etdi. Məni İncildə "Əhməd" adlandırdı. Mən asimanda Məhmudam (həmd və səna- tərif- olunmuş) və mənim ümmətimi sitayiş edənlər qərar verdi. Zəburda mənim adımı "Mahi" (məhv edən) qoydu; çünki, Allah mənim vasitəmlə bütpərəstliyi yer üzündən məhv etdi. Mənim adımı Quranda "Məhəmməd" adlandırdı. Bəs mən qiyamət əhlinin hamısının arasında hakimlik zamanı təriflənmiş şəxsəm. Məndən başqa heç kəs şəfaət etməz. Qiyamətdə məni "Haşir" adlandırdı; çünki camaat mənim qarşımda məhşur olacaqlar. Məni "Müqif" adlandırdı; çünki, camaatı Allah qarşısında mən saxlayacağam. Məni "Aqib" adlandırdı; çünki mən Peyğəmbərlərin sonuncusuyam və məndən sonra heç bir Peyğəmbər gəlməyəcək. Məni rəhmət rəsulu, tövbə rəsulu, döyüş qəhrəmanlığı rəsulu və "Müqtəfa" qərar verdi; çünki, mən bütün Peyğəmbərlərin ardınca gəlmişəm (Peyğəmbərlərin sonuncusu olmuşam). Mən "Müqim", "kamil" və "Came" adlanıram. Allahım mənə minnət qoydu və mənə buyurdu: "Ey Məhəmməd! Allahın salamı olsun sənə! Mən hər bir Peyğəmbəri öz ümmətimin dili ilə onların tərəfinə göndərdim, amma səni bütün ağ, qara camaatın tərəfinə göndərdim və vəhşət (qorxu) zamanı sənə elə kömək etdim ki, heç kəsə elə kömək göstərməmişəm. Qəniməti (döyüş zamanı ələ gələn silah- sursat və sair) sənə halah etdim, halbu ki, səndən qabaq heç kimə halah olmayıbdır. Sənə və sənin ümmətinə ərş xəzinələrindən bir xəzinə əta etdim (və o,) Fatihətül- kitab (həmd surəsi) və Bəqərə surəsinin sonuncu ayələridir. Sən və sənin ümmətin üçün yerin hamısını səcdəgah qərar verdim və onun torpağını pak və pakedici qərar verdim. Sənə və sənin ümmətinə təkbir (Əllahu əkbər) əta etdim. Sənin adını öz adımın yanında qərar verdim, belə ki, sənin ümmətindən hər bir kəs məni yad edərkən (dilinə və qəlbinə gətirərkən) səni də yad edəcəkdir. Xoş sənin və ümmətinin halına ey Məhəmməd!"  
Peyğəmbər əkrəm (s) O zaman ki, bir Yəhudi onun Məhəmməd, Əhməd, Əbülqasim, Bəşir, Nəzir və Dai adlarıyla adlandırılmasının səbəbini soruşdu, buyurdu: "Məhəmməd" ona xatirdir ki mən yer üzündə bəyənilmişəm və təriflənmişəm. "Əhməd" ona görədir ki, göydə bəyənilmiş və təriflənmişəm. "Əbülqasim" o cəhətdəndir ki, Allah- Taala qiyamət günü, od parçasını (cəhənnəmi) ayırar və mənə kafir olanları orada yerləşdirər və behişt qismətini də ayırar və mənə iman gətirib, Peyğəmbərliyimi təsdiq edənlərə orada yer verər. "Dai" buna xatirdir ki, mən camaatı Pərvərdigarımın dininə dəvət edirəm. "Nəzir" ona görədir ki, hər kəs mənə itaətsizlik edə onu cəhənnəm oduyla qorxuduram. "Bəşir" isə buna görədir ki, hər kəs mənə itaət edə ona cənnət bəşarəti müjdəsi verirəm.  
Müsnədi ibni hənbəl Hüzeyfədən: Mədinənin küçələrinin birində Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu: "Mən Məhəmməd, Əhməd, Haşir,  Müqəffa  və rəhmət Peyğəmbəriyəm."