Peyğəmbərliyin sonu
Quran
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!"[1]
Hədis
Rəsuli əkrəm (s): (ilahi) Peyğəmbərlərin birincisi Adəm, sonuncusu Məhəmməddir.[2]
Rəsuli əkrəm (s) : Mənim məsəlim Peyğəmbərlərin arasında o şəxsin məsəli kimidir ki, bir ev tikib və onu yaxşı, kamil və gözəl yaradıbdır, təkcə bir kərpic yerini boş saxlayıbdır. Camaat o evin ətrafında fırlanır və ondan xoşları gəlir, (amma) deyirlər ki, kaş bu bir kərpicin yeri də kamil olaydı. Mən Peyğəmbərlərin arasında o kərpic misalındayam.[3]
Rəsuli əkrəm (s): Mən Fateh[4] və xatəm göndərilmişəm.[5]
Rəsuli əkrəm (s): Tezliklə mənim ümmətimin arasında otuz yalançı peyda olacaq ki, hamısı Peyğəmbərlik iddiası edəcəklər, halbu ki, Peyğəmbərlərin sonuncusu mənəm və məndən sonra heç bir Peyğəmbər yoxdur.[6]
Rəsuli əkrəm (s): Ey camaat! Məndən sonra Peyğəmbər yoxdur Mənim sünnəmdən (qanunumdan) sonra heç bir sünnə yoxdur. Hər kəs nübüvvət iddiası edə, onun iddiası və bidəti odda olacaqdır.[7]
Rəsuli əkrəm (s): Mən Peyğəmbərlərin sonuncusuyam.[8]
Rəsuli əkrəm (s): Mən aqibəm, yəni o kəs ki, ondan sonra heç bir Peyğəmbər yoxdur.[9]
İmam Əli (ə) Peyğəmbərin (s) besəti barədə: Allahu Sübhan, Məhəmmədi (s) Peyğəmbərliyə göndərdi ki, öz vədəsinə əməl etsin və nübüvvət silsiləsini kamil etsin.[10]
İmam Əli (ə)Peyğəmbərin (s) vəsfində: Onun (Allahın) vəhyinin əmanətdarı, elçilərinin sonuncusu, rəhmətini müjdə verən və xəşm və əzabdan qorxudandır.[11]
İmam Sadiq (ə): Allah sizin Peyğəmbərinizin vasitəsilə Peyğəmbərlik silsiləsinə son qoydu. Buna görə də ondan sonra heç bir Peyğəmbər göndərlməyəcəkdir. Həmçinin sizin kitabınızla bütün səmavi kitablara son qoydu və sizin kitabınızdan sonra heç bir səmavi kitab nazil etməyəcəkdir.[12]
İmam Sadiq (ə): Məhəmməd (s) gəldi və öz Quran, şəriət və təriqətini gətirdi. Onun dininin halal etdikləri qiyamət gününə qədər halal və haram etdikləri qiyamət gününə qədər haramdır.[13]
Səhih Müslüm Səid ibni Müsəyyibdən, oda Amir ibni Səd ibni Əbu Vaqqasidən və o, atasından belə nəql edir: Allahın Rəsulu (s) Əliyə (ə) buyurdu: "Sən mənim üçün Harunun Musaya olan mənzilət və məqamı kimisən, bu fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur."[14]
[1] - Əhzab surəsi, ayə 40
[2] - Ələvail, səh 39, Kənzül ummal, cild 11, səh 480, hədis 32269
[3] - Sünənüttermizi, cild 5, səh 586, hədis 3613, Müsnədi ibnhənbəl, cild 4, səh 21, hədis 11067
[4] - "Fateh" Peyğəmbərin (s) adlarından biridir. O, iman qapılarını fəth etdiyi üçün, Allah onu öz xalqının arasında hakim qərar verdiyi üçün və açılmayan elimləri açdığı üçün bu adla adlandırılmışdır.(Məcməül- bəhreyn, "Fəth" ibarəsi)
[5] - Əlmüsənnif Əbdürrəzzaq, cild 6, səh 113, hədis 10163 və cild 11, səh 111, hədis 10062, Kənzül- ümmal, cild 11, səh 425, hədis 31994
[6] - Sünəni ibni Davud, cild 4, səh 98, hədis 4252, Müsnədi ibni Hənbəl, cild 8, səh 326, hədis 22458, Əlmüstədrək əl- əssəhiheyn, cild 4, səh 53, hədis 4390, Kənzul- ümmal, cild 11, səh 367, hədis 31761
[7] - Əl- Əmalil Müfid, səh 53, hədis 15, Mişkatul- ənvar, səh 255, hədis 751, Biharul- ənvar, cild 22, səh 475, hədis 24
[8] - Üyunil- əxbari- Riza, cild 2, səh 74, hədis 345, Biharul- ənvar, cild 39, səh 36, hədis 5
[9] - Əttəbəqətul- kübra, cild 1, səh 105
[10] - Nəhcülbəlağə, xütbə 1, Biharul- ənvar, cild 11, səh 61, hədis 70
[11] - Nəhcül- bəlağə, xütbə 173, Biharul- ənvar, cild 34, səh 249, hədis 1000
[12] - Kafi, cild 1, səh 269, ç 3
[13] - Kafi, cild 2, səh 17, hədis 2, Biharul- ənvar, cild 16, səh 354, hədis 38
[14] - Səhih Müslüm, cild 4, səh 1870, hədis 30, Fəzailüssəhabə, libni Hənbəl, cild 2, səh 633, hədis 1079, Xəsaisü Əmirəlmöminin- Nəsai, səh 111, hədis 50, Əmalit- tusi, səh 227, hədis 399