ƏNSARIN ƏKSÜL-ƏMƏLI
Əbu Bəkr düşündüyü kimi hədəfə yaxınlaşmışdı. Onun çıxışı Sə`d ibn Ubadə və bir neçə nəfərdən savayı hamını geri çəkilməyə məcbur etmişdi. Bu azmış kimi, Bəşir ibn Sə`d xəzrəcinin sülh meyilli çıxışı və Həbbab ibn Munzərin şüarları* gözlənilənin əksinə olaraq cəmiyyəti mühacirlərin hədəfinə daha da yaxın etdi. Bəşir üzünü orada olanlara tutub dedi:
Ey ənsar! And olsun Allaha! Əgər müşrüklərlə mübarizədə fəzilət sahibi olmuşuqsa və dində qabaqcıllarındanıqsa bu yolda Allahın razılığı, Peyğəmbərə itaət və özümüz üçün çalışmaqdan savayı məqsədimiz olmamışdır. Beləliklə bu əmələ görə camaatın qarşısında fəxr etmək və dünyəvi fayda güdmək yaxşı deyildir. Mühəmməd Qureyşdən idi və yaxınları xilafətə daha layiqlidirlər. Allaha and olsun, heç vaxt Allahın məni bu işə görə onlarla bəhs etməmi görməsini istəmirəm. Siz də Allahdan qorxub bu işdə onlarla müxalif olmayın.
Əvvəldən mühacirlərin Mədinədən çıxarılması fikrində olub ənsarı mübarizəyə çağıran Həbbab ibn Munzər sözünü belə tamamladı: “Mühacirlər bizim təklifimizlə razılaşmadıqda yeganə çıxış yolu bur nəfərin bizdən və bir nəfərində onlardan təyin olunaraq rəhbərliyi öhdəsinə götürməlidir və biz təkcə buna razı olacağıq.”[1]
Hakimiyyətdə şərik olmaq fikirləri həqiqətdə mühacir və ənsarın fəaliyyətinin hüdudlarını müəyyən etmək deməkdi ki, mühacirlər buna razılıq vermirdilər. Elə buna görə də Ömər qəzəbli bir halda ona belə cavab verdi:
هَيْهَات!لا يَجْتَمِعُ اِثْنَانِ فِي قَرْنٍ “Heç zaman iki hökumət eyni vaxtda ola bilməz!...” And olsun Allaha! Peyğəmbər sizdən olmadığı halda ərəb hökumətin sizin öhdənizə qoyulmasına razı olmaz. Lakin eyni halda Peyğəmbərin qəbiləsindən olan bir kəsə hökuməti tapşırmağa da heç bir maneə görməz! Biz onun dostları və qohumları olduğumuz halda kim bizimlə Mühəmmədin xilafəti barəsində mübahisə edə bilər?!”[2]
Bundan sonra Həbbabla Ömər arasında olan danışıq dava-dalaşa qalxdı. İşin bu yerə qalxmasına əsas səbəb heç bir əsası olmayan qəbilə təəssübü idi ki, az qala hər iki tərəfi qılınca əl atmaqa məcbur edəcəkdi.[3]
ƏNSARA VURULAN SON ZƏRBƏ
Ömər ibn Xəttabla Həbbab ibn Munzərin arasında baş verən qarşıdurma dava-dalaşla nəticələnsə də, bu səhnəni idarə edənlər üçün bir neçə faydası vardı. Onların öz məqsədlərinə yetişməsi üçün əlverişli fürsət yaranmışdı. Baş vermiş ixtilaf qarşı tərəfə ruhi zərbə vurmaqla yanaşı, düşüncələrində də qarışıqlıq əmələ gətirmişdi. Onlar son sübutlarını əsəb və ruhi zəifliklə açıqlamışdılar ki, belə halda deyilən hər bir dəlil nəticə verməməklə yanaşı qarşı tərəfin fikirlərini qəbul etməyə fürsət yaratmışdı.
Digər baxımdan, baş vermiş qarşıdurma zamanı ixtilaf edən tərəflər arada vasitə olaraq ixtilafı həll edə biləcək bitərəf adamın intizarını çəkirlər. Həqiqət burasındadır ki, Əbu Bəkr bunladrın hamısını bilirdi.
Onun bir müddət susmasının səbəbi də münasib fürsəti gözləmək və axırda son zərbəni endirmək idi. Beləliklə bir neçə hücum həyata keçırməklə qarşı tərəfi təslim olmağa məcbur etdi. Elə bu fikirlə fürsəti əldən vermədən ənsar adı altında birləşmiş cəmiyyətin yadına köhnə ixtilaflarını salıb dedi:
Sözümə yaxşı diqqət edin! Xəzrəc qüdrətə gələrsə Ovs** rahat olmayacaqdır. Çünkü onların da bu işə ləyaqətləri vardır. Yox əgər Ovs iş başına gələrsə onda Xəzrəc bununla barışmayacaqdır. Bu iki qəbilə arasında uzun illərdən bəri müharibələr olmuş və heç zaman sağalmayan yaralar meydana gəlmişdir.
فان نعق منكم ناعق فقد جلس بين لحيته اسد يضغمه المهاجرى و يجرحه الانصار: “ Sizlərdən (hakimiyyətə çatmaq üçün) iddia edən hər kəs özünü şirin iki çənəsi altına atmışdır. Həm mühacir həm də ənsar onu dişləri altına alıb parçalayar.”[4]
Bu söz deyilənə qədər ənsar az-çox Sə`d ibn Ubadə Xəzrəcini rəhbərliyə qəbul etmişdi. Lakin Əbu Bəkrin “Ənsarın hər iki qəbiləsinin rəhbərliyə ləyaqəti vardır,onlardan birinin xilafətə yetişməsi digəri üçün xətərlidir” deməsi bir daha onları qarşı-qarşıya qoydu və üzdə olan birliklərini parçaladı. Belə bir halda ovsluların qorxusu daha çoxaldi. Belə ki, mühacirləri qabaqlayaraq öz rəqibləri olan Xəzrəc qəbiləsinin başçısınıa rəy verməyə hazırlaşırdılar. Elə buna görə də Əbu Bəkrlə beyət etməkdə xəzrəcliləri qabaqlayıb açıq-aşkar onların iş başına gəlmələrindən qorxmalarını bildirdilər.[5] ənsar arasında yaranan bu çaxnaşmadan sonra növbəti bir zərbənin vurulmasının vaxtı çatmışdı. Bu zaman mühacirlərin üçüncü adamı Əbu Übeydə Cərrah Əbu Bəkr və Ömərin çıxışlarının ardınca sözü ələ aldı və ürəyi yanıqlıqla ənsara xitab edib dedi:
Ənsar! Siz Peyğəmbərə (s) kömək edən ilk dəstə olmuşsunuz. İndi də dində dəyişikliyin etmənin başlayanı olmayın![6]
O da kamanında olan oxu hədəfə yaxşı vurdu. ənsara başa saldı ki, mühacirlərin xilafəti mövzusunda heç bir şübhə yoxdur. Onların rəhbərliyi ilə hər növ müxalifət dində bidətdən savayı bir şey deyildir.
Artıq mühacirlərdən olan bir kəslə beyət etmək vaxtı çatmışdı. Ancaq o kimdir?! Əlidirmi?! Səqifə siyasətçiləri belə göstərdilər ki, guya o, bu məsuliyyəti qəbul etməkdən imtina etmişdir.[7]
Bu zaman Əbu Bəkr iki qədim dostlarından biri ilə beyət etmək üçün irəli düşdü,[8] amma heç kəs nə ondan, nə də özündən o böyük seçimin səlahiyyətinin heç vaxt və kim tərəfindən Əbu Bəkrə verilməsini soruşmadı. Görəsən, mühacirlərin arasında Ömər ibn Xəttab və Əbu Übeydə Cərrahdan savayı insanlara rəhbərlik etməyə digər bir səlahiyyətli şəxs yoxdumu?! Məkkədə uzun illər qəbir qazan olmuş[9] Əbu Übeydə Cərrah rəhbərlik qaydalarını kimin yanında öyrənmişdi ki, indi Əbu Bəkr ona beyət etmə təklifini irəli sürürdü?!
Ömər və Əbu Übeydəyə olunan təklifdən sonra o, iki nəfər eyni zamanda Əbu Bəkrə üz tutub dedilər:
Allaha and olsun ki, yox! Sən bütün mühacirlərdən üstünsən, mağarada[10] Peyğəmbərlə bir yerdə olmuş və Allahın Rəsulu (s) səni öz yerinə namaz qılmaqa təyin etmişdir,[11] halbuki, namaz ilahi hökümlərin ən üstünüdür. Belə isə, səndən qabağa keçməyə kimdə ləyaqət ola bilər?! Əlini uzat, səninlə beyət edək.[12]
(Ömər dedi:) Heç kəs səni, Allahın Rəsulunun sənə verdiyi məqamdan kənara qoymayacaqdır![13]
Ömər ibn Xəttab, Əli ibn Əbi Talib və Abbas kimi şəxsiyyətlərin fəziləti və Əbu Bəkrin zirəkliyi yanında onun üçün heç bir yerin olmamasını yaxşı bilirdi. Buna görə də daha zirək olan Əbu Bəkri qabağa saldı, o tez, yaxud gec etdiyi bu xidmətin əvəzini görəcəyinə inanırdı.
Bəziləri yazır: Bu zaman Bəşir ibn Sə`d Əbu Bəkrlə beyət etmək üçün hamıdan tez ona tərəf atıldı. [14]
İşi belə görəndə, artıq Həbbab ibn Munzər üçün Sə`d ibn Ubadədən tərəfdarlıq etməyə heç bir fürsət qalmır və iş mühacirlərin xeyrinə tamamlanırdı. Bəşir uzun illər əmisi oğlu Sə`dlə rəqabət aparmış və ona həsəd edirdi. [15] Necə ki, beyətdən sonra Həbbab ona dedi: “Sən əmin oğlu ilə apardığın rəqabətə görə belə etdin.”[16] Bəşir isə təkcə Allahın bu dəstə üçün ayırdığı haqqa qarşı çıxıb onlarla müxalifət etməməkdən ötrü belə etdiyinə and içdi.[17]
Bəşir doğrudan da, həqiqətimi deyirdi?! Görəsən, həqiqətən də Allah rəhbərliyi mühacirlərin öhdəsinə qoymuşdu? Görəsən bu üç nəfərdən savayı başqa layiqli bir kəs yox idi?! O üç nəfərin (Əbu Bəkr, Ömər və Əbu Übeydə) yaratdığı səhnə və həmkarlığı o qədər dəqiq və təsirli idi ki, İbn Əbil Hədid demişkən: Ömərin dünyadan getdiy zaman “Əgər vəsiyyət etmədən dünyadan getsəm Allahın Rəsulu (s) kimi rəftar etmişəm” – dediyi söz olmasaydı inanmaq olmazdı ki, Peyğəmbər xilafəti onlara tapşırmamışdır[18]
Yığıncaqda məclisin gedişi və deyilən sözlərin məharətlə qurulmasından, ənsar tamamilə mühasirəyə düşmüşdü. Üç dostun hər biri məclisin müxtəlif yerlərindən bir-birinin sözünü almaqla digərlərinin fikirlərini bir yerə yığmalarına imkan vermir və onları təşvişə salırdılar. ənsar bir neçə hakimin arasında qalmış məhkuma bənzəyirdi: sanki hakimlərdən biri məhkumdan sual etməklə onu təşvişə salır, digər hakimsə yeni zərbə endirirdi və o da nəhayətdə naçar qalaraq hakimlərin istədiyi hər bir şeyi e`tiraf edirdi.
Bəşirin hərəkəti Ovs qəbiləsinin arasında qarışıqlıq yaratdı. Onlar Xəzrəclilər arasında mühacirləri hakimiyyətə gətirmək üçün hiylə hazırlanması və tezliklə hökumətdə onlarla şərik olacaqları qənaətinə gəldilər. Belə olduqda ən yaxşı siyasi hərəkət gecikmədən yeni hökuməti Əbu Bəkrin başçılığı altında tanıyıb beyət etməklə xəzrəclilərdən geri qalmamaq idi. Bu səbəbdən (Ovs qəbiləsinin başçısı) Usəyd ibn Huzəyr uca səslə qışqıraraq dedi:
“Ey Ovslular! Qalxın və Əbu Bəkrlə beyət edin! Əgər Xəzrəc bir dəfə hökumətə gələrsə sizə qarşı olan üstünlüyünü həmişə qoruyacaq və sizə heç vaxt ondan pay çatmayacaqdır.”
Bu çağırışdan sonra ovslular Əbu Bəkrlə beyət etdilər [19] və xəzrəclilərinsə bir çoxu acıqlı halda səhnəni tərk etdilər.
[1] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 223, “Tarixül-üməmi vəl-mülük”, 2-ci cild, səh. 243.
[2] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 329, “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.
[3] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 330.
** Mədinədə ənsar birliyini təşkil edən iki əsas qəbilə (Müt).
[4] “Əl-bəyanu vəт-təbyin”, 3-cü cild, səh. 181.
[5] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 246.
[6] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 330.
[7] Çamaatın hansı səbəblərə görə Əli ibn Əbi Talibə (ə) üz tutmadan qalmalaqı haqda ayrıca bəhs olunacaqdır.
[8] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 330.
[9] Bu barədə ətraflı məlumat üçün “Əl-Гədir” kitabının” 5-ci cild, səh. 367-nə müraciət etmək olar.
[10] Əbdül Fəttah Əbdül Məqsud yazır: Ömərin ibn Әbi Quhafəni (Əbu Bəkri) belə bir uca məqama laјiq görməsinin səbəbini onun Peyğəmbərlə мағарада bir yerdə olmasına görə olduğuna inanmıram. Onu, ətrafını nizə və гылынҹлар aldığı bir zaman Allahın Rəsulunun (s) yerində (həyatını təhlükəyə ataraq) uzanmış cavandan daha laiqli bilirdi?! Əli, qəbrin ona hər şeydən yaxın , nicat tapmaqsa hər şeydən uzaq olan bir yataqda yatmışdı. (“Əl-imamu Əli ibn Əbi Talib”)
[11] Əgər doğurdan da camaat namazına imam olmaq, xəlifələr və onlara etiqad bağlamış insanlar arasında belə etibarlı olsaydı, bu zaman əhli sünnətin fiqhində özünə məxsus yerə sahib olmalıydı. Halbuki əhli sünnət məzhəbinə əsasən imam camaatın ədalətli olması şərt deyildir və hər bir fasiq etdiyi günah kəbirə günahı belə olmuş olсa, müsəlmanlara imam camaat ola bilər. (“Şərh əqaid nəsəfi” səh. 110, “Kitabul fiqh əla əl-məzahibul -ərbəə”, Əbdülrəhman Cəriri 1-ci cild, səh. 409-414) Xəlifələrin zamanında da əgər hamısını deməsək camaat namazına imamət edənlərin bir çoxu adil deyildilər.
[12] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 330.
[13] “Əl-иqdul-fərid”, 4-cü cild, səh. 258.
[14] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243. İbn Əsir yazır: O, hətta Ömər və Əbu Үbeydədən də qabaq Əbu Bəkrlə beyət etdi. (“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 243.
[15] “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 6-cı cild, səh. 9
[16] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.
[17] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.
[18] “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid 12-ci cild, səh. 86
[19] “Şərhi Нəhcül-bəlagə”, İbn Əbil-Hədid, 2-ci cild, səh. 39.