Məhəmmədin ümumdünya vəzifəsi
  • Başlıq: Məhəmmədin ümumdünya vəzifəsi
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:7:27 2-10-1403

Məhəmmədin ümumdünya vəzifəsi

Quran

"De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"[1]

"(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!"[2]

"(Ya Rəsulum!) De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"[3]

"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar)."[4]

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!"[5]

Hədis

Tarixi Bağdad: Həzrəti Peyğəmbər (s) buyurdu: Hər kəsə Quran yetişə elə bil ki, mən onun vasitəsi ilə onunla üzbəüz danışıram. Sonra o bu ayəni oxudu. "Bu Quran mənə vəhy olubdur ki, onun vasitəsi ilə sizi və quran ona yetiçənləri (qorxudaraq) xəbərdarlıq edim".[6]

Peyğəmbər əkrəm (s): Mən həməsrlərimin və məndən sonra dünyaya gələnlərin (hamısının) Peyğəmbəriyəm.[7]

Peyğəmbər əkrəm (s): Mən camaatın hasmısı üçün göndərilmişəm və Peyğəmbərlər silsiləsi mənimlə xətm olur.[8]

Peyğəmbər əkrəm (s): Məndən qabaq hər Peyğəmbər öz qövmünə onların dili ilə göndərirdi, amma Allah məni ərəb dililə ağ və qara dərili olan bütün insanların tərəfinə göndərdi.[9]

Peyğəmbər əkrəm (s): Beş şey mənə verilibdir ki, məndən qabaq gələn heç bir Peyğəmbərə verilməmişdir. Mən qara, ağ və qırmızı dərili insanların tərəfinə göndərilmişəm...[10]

İmam Sadiq (ə): Allah təbarəkə və Taala Nuh, İbrahim, Musa və İsanın şəriətlərini Məhəmmədə (s) verdi; və onu bütün ağ, qara, ins və cinnin tərəfinə göndərdi.[11]

Nəcaşiyə məktubu

O zaman ki, Peyğəmbər (s) altıncı ilin zilhəccə ayında hüdeybiyyə sülhündən qayıtdı, bir sıra elçiləri padşahların yanına göndərdi və onlar üçün məktub yazıb, onları islam dininə dəvət etdi.

Peyğəmbərə deyildi: Ey Allahı rəsulu, padşahlar möhürsüz məktubu oxumurlar.

Peyğəmbər (s) həmin gün özü üçün gümüşdən olan qaşlı bir üzük hazırladı ki, onun üzərinə üç kəlmə "Məhəmməd rəsulullah" yazmışdı və məktubları o möhürlə möhürlədi. Bir gündə altı elçi Mədinədən xaric oldu ki, bu yeddinci ilin Məhərrəm ayında idi. O elçilərin hər biri o camaatın öz dilində danışırdılar ki, Peyğəmbər (s) onu onların tərəfinə göndərmişdi.

Peyğəmbərin (s) göndərdiyi birinci səfir (elçi) Əmr ibni Üməyyə Zəməri idi ki, onu iki məktubla Nəcaşinin tərəfinə göndərdi. O iki məktubun birində Nəcaşini islama dəvət etmişdi və onun üçün bir neçə ayə yazılmışdı.

Nəcaşi (həbəşənin padşahı) Peyğəmbərin (s) məktubunu aldı, gözlərinin üstünə qoydu və təvazökarlıq əlaməti olaraq öz taxtından enib yerdə oturdu. O, İslam dinini qəbul etdi, kəlimeyi şəhadəti dilinə gətirdi və dedi: Əgər hüzuruna gələ bilsəydim, sözsüz gələrdim.

Dərhal o, haqqı qəbul etmək və islam dinini qəbul etməyini bildirmək üçün Cəfər ibni Əbutalibin xətti ilə bir məktub yazdı və aləmin Pərvərdigarı qarşısında baş əyməyini qeyd etdi.

İkinci məktubda, Allahın Peyğəmbəri Nəcaşiyə buyurmuşdu ki, Əbu süfyanın qızı Ümmü Həbibəni onun əqdinə gətirsin (yəni Ümmü Həbibənin Peyğəmbərlə kəbinini kəssin) Ümmü Həbibə öz əri Əbdullah ibni Cəhş Əsədi ilə birlikdə həbəşəyə mühacirət etmişdi, amma Əbdullah həbəşədə Məsihi oldu və orada da vəfat etdi.

Peyğəmbər (s) həmçinin o məktubda Nəcaşiyə buyurmuşdu ki, həbəşəyə mühacirət etmiş əshabının qayıtmaq tədarükünü görsün və onları Mədinəyə göndərsin. Nəcaşi bu göstəriş əsasında Əbu süfyanın qızı Ümmü həbibəni Peyğəmbərin (s) əqdinə gətirdi və dörd yüz dinar mehriyə onun üçün təyin etdi. Peyğəmbərin (s) əshabının qayıtmaq tədarükünü görüb onları iki gəmi ilə, Əmr ibni Üməyyə Zəməri ilə birlikdə göndərdi. Sonra fil sümüyündən olan bir sandıq istədi və Peyğəmbərin (s) hər iki məktubunu onun içinə qoydu və dedi: Nə qədər ki, bu iki məktub Həbəşədədir, bu ölkə həmişə xeyr və bərəkət içində olacaq.[12]



[1] - Ənam surəsi, ayə 19

[2] - Səbə surəsi, ay' 28

[3] - Əraf surəsi, ayə 158

[4] - Ənbiya surəsi, ayə 107

[5] - Tövbə surəsi, ayə 33

[6] - Tarixi Bağdad, cild 2, səh 51

[7] - Ət- təbəqatul- Kübra, cild 1, səh 191, Kənzülummal, cild 11, səh 404, hədis 31885

[8] - Əttəbəqatul- kübra, cild 1, səh 192

[9] - Ələmalit- Tusi, səh 57, hədis 81, Bəşərətülmüstəfa, səh 85

[10] - Ələmali- Tusi, səh 484, hədis 1059

[11] - Əlməhasin, cild 1, səh 448, 1035, Biharul- ənvar, cild 16, səh 324, hədis 16

[12] - Əttəbəqətul- kübra, cild 1, səh 258, Tarixi Dəməşq, cild 27, səh 337 və cild 45, səh 430