(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"[1]
Hədis
Təfsiri Qumi- Mübahələ ayəsini gətirdikdən sonra (belə yazır): Peyğəmbər (s) buyurdu: "Mənimlə mübahələ edin. Əgər mən (sözümdə) düz olaramsa, sizə nifrin və lənət olsun. Və əgər yalançı olaramsa mənə lənət olsun".
Onlar dedilər: İnsafla danışdın.
Mübahələ etmək üçün birlikdə qərara gəldilər. Onlar evlərinə qayıdan zaman onların böyükləri Seyyid, Aqib və Əhtəm (onlara) dedilər: Əgər Mübahələ onun qövmü ilə olarsa biz mübahələ etməyə hazırıq; çünki, məlum olacaqdır ki, o Peyğəmbər deyil. Amma əgər mübahələ təkcə onun ailəsi ilə olarsa onunla mübahələ etmərik; çünki, əgər o, öz iddiasında sadiq olmazsa heç vaxt öz ailəsini önə çəkməz.
Səhəri gün Allahın Peyğəmbərinin yanına gəldilər və gördülər ki, Əli, Fatimə, Həsən və Hüseyn- Allahın salamı onlara olsun- də Peyğəmbərin (s) yanındadırlar. Nəsranilər soruşdular; bunlar kimdir?
Onlara dedilər: Bu onun Əmisi oğlu, vəsisi və yeznəsi Əli ibn Əbu Talibdir. O biri, onun qızı Fatimədir. O iki nəfər isə onun oğulları Həsən və Hüseyndir.
Onlar elə ki, Peyğəmbərin (s) ailəsini tanıdılar, Peyğəmbərə (s) dedilər: Biz razılıq veririk, mübahələ etməkdən güzəşt et.
Peyğəmbər (s) onlara cizyə ödəmək şərtilə sülh etdi və onlar qayıtdılar.[2]
Əl- əmalit- tusi: Əbdürrəhman ibni Kəsir İmam Sadiq (ə), o da atasından, (atası) babasından və o da İmam Hüseyn (ə)-dan,
«ندع أبناءنا و أبناءکم»
ayəsinin barəsində belə nəql edir: Peyğəmbər (s) xaric oldu bir halda ki,- ayədə qeyd olunan canlardan atam onunla idi, oğlanlardan mən və qardaşım idik, qadınlardan da bütün insanların içində təkcə anam Fatimə idi. Biz onun ailəsi, əti, qanı və canıyıq. Biz ondanıq və o bizdəndir.[3]
Dəlailün- nübüvvət Cabirdən nəql edir: Aqib və Təyyib Peyğəmbərin (s) yanına gəldilər. islam Peyğəmbəri onları islama dəvət etdi. Dedilər: Ey Məhəmməd! Biz səndən qabaq islam gətirmişik. (yəni islam dininə iman gətirmişik).
Peyğəmbər (s) buyurdu: Siz yalan deyirsiz. Əgər istəyirsizsə sizin müsəlman olmağınızın qarşısını alan səbəbi deyim."
Dedilər: De bilək.
Peyğəmbər (s) buyurdu: "Səlibi- xaçı- sevmək, şərab içmək və donuz əti yemək."
Peyğəmbər (s) onları mülainə (biri- birinə lənət) etməyə çağırdı. O iki nəfər sabahkı gün səhər tezdən mülainə etmək üçün qərara gəldilər.
Peyğəmbər (s) səhər tezdən yola düşdü, Əli, Fatimə, Həsən və Hüseynin əlindən tutdu və o iki nəfərin dalınca göndərdi, amma onlar gəlməkdən imtina edərək Peyğəmbərin (s) haqq olmasına etiraf etdilər. Peyğəmbər (s) buyurdu: "And olsun məni haqqla göndərənə, əgər onlar dediklərini etsəydilər, bu dərə onlara od yağdırardı."
Bu ayə onların barəsində nazil oldu:
"(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"[4]
Şəəbi Cabirin dilindən deyir: "أنفسنا و أنفسکم"özünüz və özünüzdən" məqsəd Peyğəmbər (s) və Əlidir. "أبناءنا و أبناءکم" oğlanlarımız və oğlanlarınızdan" məqsəd Həsən (ə) və Hüseyn (ə)- "نساءنا و نساءکم" Qadınlarımız və qadınlarınızdan" məqsəd Fatimədir (s).[5]
Əl- kəşşaf: Rəvayət olubdur, elə ki, Peyğəmbər (s) onları mübahələyə dəvət etdi, onlar dedilər:
Eybi yoxdur, qoy qayıdaq və fikirləşək. Biri- biri ilə məşvərət etdilər və öz içlərində daha mütəfəkkir olan- Aqibə dedilər: Ey Əbdülməsih! Sən nə deyirsən?
O dedi: Ey Məsihlər! And olsun Allaha, bildiniz ki, Məhəmməd göndərilmiş bir Peyğəmbərdir və Allahın son kəlamını özüylə gətirmişdir. And olsun Allaha hər qövm bir Peyğəmbərlə mübahələ edərsə böyükü artmaz və kiçiyi göyərməz (yəni o qövmü məhv olar). Əgər belə edərsiniz və məhv olursunuz. Əgər siz öz dininizlə ünsiyyətdən və adət ənənələrinizi icra etməkdən başqa bir şey istəmirsiniz və bu şəxslə sülh edin və öz vilayətinizə qayıdın. Peyğəmbər (s) gəldi, bir halda ki, Hüseyni (ə) qucağına almışdı, Həsənin (ə) əlindən tutmuşdu, Fatimə (ə) onun dalınca və Əli (ə) Fatimənin ardınca gəlirdi.
Peyğəmbər (s) buyurdu: "Mən dua edən zaman siz amin deyin".
Nəcrin Osqofu dedi: Ey Məsihilər! Mən elə sifətlər və çöhrələr görürəm ki, əgər Allah istəsə onlara xatir dağı yerindən qoparar. Onlarla mübahələ etməyin ki, məhv olarsız və artıq qiyamət gününə qədər bir məsihi belə yer üzündə qalmaz.
Onlar dedilər: Ey Əbülqasim! Biz öz xeyirimizi səninlə mübahilə etməməkdə və səni öz dinində saxlamaqda və özümüzü öz dinimizdə qalmaqda görürük.
Peyğəmbər (s) buyurdu: İndi ki, Mübahilə etməkdən imtina edirsiz bəs müsəlman olun və müsəlmanların xeyrinə və əleyhinə olanlar sizin üçündə olsun." Onlar bu təklifi qəbul etməkdən də üz döndərdilər
Peyğəmbər (s) buyurdu: "Onda biz sizinlə müharibə edəcəyik".
Onlar dedilər: "Ərəblərin müharibəsinə bizim taqətimiz yoxdur, lakin biz sizinlə sülh edirik ki, əgər bizimlə döyüşməsəniz, təhdid etməsəniz və dininizdən qaytarmasanız, biz hər il sizə iki min qiymətli paltar verərik, minini səfər ayında və minini isə Rəcəb ayında. Bundan əlavə hər il Ad qövmünə mənsub olan otuz dəmir paltar verərik.
Peyğəmbər (s) bu şərtlə onlarla sülh etdi. Və buyurdu: "And olsun ona ki, mənim canım onun ixtiyarındadır, məhv olmaq Nəcran xalqının başı üzərindən asılmışdı. Əgər mübahilə etsəydilər, meymuna və donuza dönəcəkdilər və bu çöl onlara od yağdıracaqdı. Allah Nəcran və onun əhalisinin kökünü elə kəsəcəkdi ki, hətta ağacda bir quş da qalmayacaqdı.
Bir il ərzində onların hamısı aradan gedəcəkdilər."
Zəməxşəri deyir: Allah oğlanlar və qadınlar ibarəsini özümüz- canımız- ibarəsindən qabaq gətirdi ki, onların vilayi mövqeiyyətini xatırladsın və elan etsin ki, onlar hətta canlardan da qabaqdır və bütün canlar onlara fəda olsun. Bu qabağa salmaqda Kəsa əshabının (ə) fəzilətinə olan ən güclü dəlil mövcuddur.[6]
[1] - Ali İmran surəsi, ayə 61
[2] - Təfsiri Qumi, cild 1, səh 104
[3] - Əlmali- Tusi, səh 564, hədis 1174, Biharul- ənvar, cild 10, səh 141, hədis 5, Yənabiul- məvəddət, cild 1, səh 165, hədis 1
[4] - Ali İmran surəsi ayə 61
[5] - Dəlailün- nübüvvət, əbi Nəim, cild 2, səh 353, Əl- mənaqib li- ibnil- cəumali, cəh 263, hədis 310
[6] - Əlkəşşaf, cild 1, səh 193, Təfsiruttəbəri, cild 3, səh 299,Təfsirulfəxri Razi, cild 8, səh 88, Əlirşad, cild 1, səh 166, Məcməul- bəyan, cild 2, səh 762, Təfsirul Qumi, cild 1, səh 104