NÜMUNƏVI PEYĞƏMBƏR SƏHABƏSI
  • Başlıq: NÜMUNƏVI PEYĞƏMBƏR SƏHABƏSI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:6:19 2-10-1403


Peyğəmbərlərin məktəbində azadlıq

Aadlıq, insanın bütöv varlığı ilə hiss etdiyi ehtiyaclardan biridir. Bu əsl və qanun baxmayaraq ki, bir növ ədalət əsli və qanunu ilə əlaqədardır, lakin birinci növ və baxışın bünövrəsi olan ayrı bir əsl və qanundur ki, hətta ictimai ədalət də onsuz yarana bilməz. Hər halda, insanın bu əsas ehtiyacına Peyğəmbərlərin məktəbində dəqiq şəkildə diqqət edilmiş və ona müsbət cavab verilmişdir.

Quran maraqlı bir təbirlə (ifadə ilə) islam Peyğəmbərinin risaləti (Peyğəmbərlik məktəbi) barəsində buyurur:

"Onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)!"[1]

Əsarət zəncirləri

İki növ zəncir insanın azalığını ondan səlb edir və onun vücudunda- varlığında- qoyulmuş dərin istedadları və böyük qüvvələri zəncirləyir. Bu, nəinki, təkcə kəmal səmtinə hərəkət etməyin qarşısını alır, hətta insanı süqut etməyə və məhv olmağa yönəldir. Bu iki növ zəncirin biri daxili, o biri isə xarici zəncirdir. Daxili zəncirlər həvəslər, cilovlanmayan meyllərdən ibarətdir ki, insanın iradəsini zəncirləyir və bu "Mələkut bağının quşu"nu heyvanı meyllər zindanında həbs edir, nəticədə onun boynunu xarici zəncirləri qəbul etməyə hazır edir.

Səbəbsiz deyil ki, istismarçılar qurupları zəncirə çəkib, fasid etmək üçün, birinci növbədə daxili zəncirlərdən istifadə edirlər və həvəs mərkəzlərini və vasitələrini hazırlamaqla və öz ifrat təbliğlərinin sayəsində birinci mərhələdə insanın şəxsiyyətini və onun daxili azadlığını onun əlindən alırlar. Bu halda artıq xarici azadlıqları səlb etmək (almaq) çox asandır. Belə bir halda hətta insan bəzən daxili və xarici əsarətdə olmağına baxmayaraq, özünü tam azad hiss edir.

"Doğrudur ki, Fransa camaatının hamısı təklikdə azaddırlar ki, "Verkur" və ya başqasını tanısınlar və seçsinlər; amma bu azadlıqdan o şəxslər istifadə edirlər və azadlığı öz xeyirlərinə yönəldirlər ki, qüdrətlidirlər, hətta səs düzəldirlər, azad səs düzəldirlər.

Səs yığmaq, hamısı biz düşündüyümüz məşhur formada deyil... Qərbin özündə də belə deyil. Onlar gecənin yarısında, gizlində bülutenləri səs qutularına atmırlar. Onlar saxta səsləri gecə- gündüz, aşkara, amma çox zirəklik və alimliklə "səs xalqının" qutularına yəni beyinlərinə və ürəklərinə atırlar, halbu ki, qutu sahibinin də ondan xəbəri olmur. Bundan sonra həqiqi liberializm və demokratiya başlayır, yəni bundan sonra bu şəxs həqiqətən azaddır ki, ürəyi istədiyi hər bir şəxsə səs versin. Hər bir şəxsə ki öz beynində onun barəsində fikirləşir, hafizəsində onu tanıyır, etiqadı onadır, ona iman gətiribdir və onun həyatını, şəxsiyyətini və üstünlüklərini dəqiqliklə bilir. Bu yolla xalqın beynində və ürəyində yer tutmuş şəxslər milli məclislərdə özlərinə yer tuturlar.

Bu "Təbii və qanunu saxtakarlıq" dır.

Bəzən seçgilərə yaxınlaşdıqda görürük ki, birdən- birə yüzlərlə məqalə, onlarla kitab, film, teatr, minlərlə birbaşa və vasitəli təbliğləri müxtəlif və rəngarəng cilvələrlə, tərcümeyi haldan tutmuş budlara, sinələrə və demokratik seçkilərin digər həssas nöqtələrinə şəkil və ad yazmağa qədər və hətta mankenlər və məşhur rəqqas və hünər ustalarından filimlərdə, barlarda hətta küçələrin piyada yollarında və milli parklarda istifadə etməklə prezidentliyə namizədlərdən birinin barəsində qapıdan, divardan və hər bir yerdən hər vasitə ilə olursa olsun xalqın üzünə başına yağdırırlar. Şübhəsiz bu, puldur və qüdrətdir ki, hünəri və ictimai istedad və imkanlara yiyələnməklə səs yığır. Bəli, "səs vermək" də azaddırlar, amma səs yığmaqda quldurlar, çünki, səsini pulla beyninə yerləşdirmiş və sonra azad buraxmışlar ki, istədiyi namizədə səs versin"[2]

İlahi Peyğəmbərlər məktəbində, azad insan və azad cəmiyyət düzəltmək və azadlıq ehtiyacına müsbət cavab üçün, insanı xarici zəncirlərdən və Tağutların köləliyindən azad etmək yolunda, səy göstərilir ki, insan birinci növbədə daxili zəncirlərdən və heyvani qərizələrin (heyvani meyllərin) köləliyindən azad olsun, hətta daxili azadlıq və hürriyyət, xarici azadlığın binövrəsi sayıldığı üçün daha çox ona üstünlük və əhəmiyyət verilir. Elə buna görədir ki, daxili azadlıqı təmin etmək üçün olan cihad "böyük cihad" və xarici azadlığı təmin edən cihad "kiçik cihad" adlandırılmışdır.

İmam Əli (ə) insanların azadlığını səlb edənlərin və zəncirlərin barəsində belə buyurur:

«لایسترقنّک الطمع و قد جعلک الله حرّا»

Tamah, qulluq və köləlik ipini sənin boynuna salmasın, (çünki) Allah səni azad yaradıbdır.

«لیس من ابتاع نفسه فأعتقها، کمن باع نفسه فاوبقها»

Özünü alıb azad edən şəxs, özünü satıb məhv edən şəxs kimi deyil.[3]

«من ترک الشّهوات کان حرّا»

Şəhvətini tərk edən şəxs azaddır.[4]



[1] - Əraf surəsi, ayə 157

[2] - Ümmət və imamət, səh 189- 193

[3] - Biharul- ənvar, cild 77, səh 419

[4] - Biharul- ənvar, cild 77, səh 419