ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (2)
GİRİŞ
ALLAHIN ADI İLƏ
Allah- Təala öz əziz Peyğəmbərinə belə buyurmuşdur: "Əgər sən olmasaydın fələkləri (aləmləri) yaratmazdım"[1]
Vücudu aləmin və xilqətin yaradılış fəlsəfəsi olan belə böyük və əzəmətli bir şəxsiyyətin barəsində söz demək və yazmaq çox çətindir, hətta yaradanın hidayəti və lütfü olmadan mümkün deyil.
Peyğəmbəri- əkrəm (s) İmam Əli (ə)-a belə buyurmuşdur: "Ey Əli! Mən və səndən başqa bir kimsə Allahı tanımadı. Allahdan və səndən başqa bir kimsə məni tanımadı.[2]
Elə buna görədə o həzrətin şəxsiyyətini araşdırmaq və tanıtdırmaq üçün ən münasib və sənədli mənbə Qurani- kərim, o həzrətin özünün özü barəsində olan kəlamları və Peyğəmbər ailəsinin (məxsusən İmam Əli (ə)- ın) o həzrətin barəsində olan kəlamlarıdır.
Bu topluda Peyğəmbərin (s) nübüvvətinin dəlilləri, o həzrətin nübüvvətinin fəlsəfəsi, o həzrətin vasitəsi ilə nübüvvətin sonu, onun nübüvvətinin cahani (ümumdünyəvi) olması, sonuncu Peyğəmbərin xüsusiyyətləri, Quran və Əhli- beyt baxımından bəhs edilmişdir. Amma hər şeydən öncə Qurani- kərim baxımından Peyğəmbəri- əkrəm (s)- in nübüvvətinin dəlilləri və fəlsəfəsi barəsində qısa bir məlumat veririk.
[1] - Biharul- ənvar, cild 15, səh 28
[2] - Müxtəsəri- bəsairüdərəcat, səh 125