Tanınmış şəxsiyyətlərinin İslam Peyğəmbəri (s) və Quranı haqqında düşündükləri
Sizlərə dünyanın tanınmış şəxsiyyətlərinin İslam dini, Peyğəmbəri (s) və Quranı-kərim haqqında düşündüklərini qısaca nəzərinizə çatdırırıq:
Allahın adı ilə
Biz onun Peyğəmbərləri arasında fərq qoymuruq!
(Bəqərə 285)
Lev Tolstoy: filosof və məşhur rus yazıçısı. "İslam dininin sadə olmasını bilmək istəyənlər, Quranı mütaliə etməlidir.. Çünki, bu müqəddəs kitabda Məhəmməd Peyğəmbərin (s) ruhunun saflığı və islam dininin üstünlüyünə aid çoxlu ayələr mövcuddur".
Doktor Zoymer, kanadalı şərqşunas:
Şübhəsiz Məhəmməd (s) dünyanın ən böyük dini liderlərindən biridir. Bu sözə sübutum, onun bəyənilmiş sülhsevər, təcrübəli, natiq və böyük mütəfəkkir olmasıdır. Elə buna görə də ona nalayiq xüsusiyyətləri aid etmək düzgün bir iş deyildir.
Onun gətirdiyi Quran, həmçinin islam tarixi isə bu sözləri təsdiq edir".
Bernard Şou, məşhur filosof:
"Əgər Məhəmməd(s) kimi birisi Avropaya rəhbərlik etsəydi, Avropanın bütün çətinlikləri aradan gedərdi. Dünya get- gedə İslamın nə olduğunu başa düşmək üzrədir. İslam dininin Avropaya ikicə əsr gəlməsindən keçməmiş, o hamısına təsir göstərmişdir".
Dokror Vayl (1818-1889),Fransalı şərqşunas:
"Məhəmməd Peyğəmbər (s) ən böyük islamçıdır. O, kamil şəxsiyyət və dəyanətə malikdir. Onun barəsində deyilən qərəzli sözlər isə, bu sözləri deyənlərin nadanlığından irəli gəlir".
Doktor Bils, doktor və alim:
"Biz tarix boyu Məsihiyətin Məhəmməddən yaxşı və düzgün, həqiqi tərzdə və insan ağlı ilə uyğun gələn surətdə tanıtdıran ayrı birisini görmürük"
Karl Marks, "Sosializm-Kommunizm" ideologiyasının banisi:
"Yəhudiyyət və Məsihiyyət dinlərinin səhvlərini bilən Ərəb şücaətlə ayağa qalxaraq müşrik və bütpərəstləri ruhun əbədiyyətlərinə dəvət etdi. Bu əməl heç də ölüm qorxusundan kənar deyildi. Biz onu tarixin böyük şəxsiyyətlərindən bilərək onun Peyğəmbərliyinə etiraf edirik. Həmçinin Məhəmməd asimandan yer üzünə xəbər gətirən elçidir deyirik".
Və beləcə davam etmək olar. Bu cavab qərb və Məsihi alimlərinin İslam dininin üstünlüyü barədə etirafları idi. (sayları və düşüncələri çox olduqları üçün hamısını yazmağa fiziki olaraq imkanımız çatmaz).
Bu gün mədəni xalqların İslam haqqında olan fikirlərini dəyişmək və dinimizə qarşı rəğbət, hörmət hissi yaratmaq üçün şükür ki, imkanlarımız var (televiziya, radio, qəzet, jurnal, kitab və s.)
Ancaq ən düzgün və qiymətli dini dəyərlərə sahib olduğumuz halda bu imkanlardan istifadə etmirik, başa düşülməyən bir durğunluq içindəyik, geniş təbliğat meydanlarını isə nə yazıq ki, İslama zidd olan din və məzhəblərin ixtiyarına qoymuşuq. Allahdan səbr diləyir və hər müsəlmanın öz müqəddəsinə sahib çıxmasını ümid edirik!
İslam dinin tez bir zamanda yayılmasının və məşhurlaşmasının başlıca səbəblərindən biri də Məhəmməd Peyğəmbərin (s) nümunəvi rəftarı, əxlaqı, biliyi, paklığı idi. Qeyri-müsəlman millətlər, İslam mənəvi dinin nüfüzunu gözə götürməyənlər vaxtaşırı bu dinin heysiyyatını ləkələmək və nifaq toxumlarını səpmək üçün onun əleyhinə xüsusi təbliğat aparır, iftira atırdılar.
Məhəmməd Peyğəmbər(s) 124 min peyğəmbərin Xatəmül-Ənbiyası,dinlərin ən sonuncusu və ən kamili dünyaya doğruluq, etiqad, mənəviyyat, ilahiyyat, bəndəlik dərsi verən peyğəmbərdir.
Məhəmməd Peyğəmbər (s) bütün dinlərdən ən üstününü, ibadətə, itaətə ən layiqli və şərəfli olduğunu "bilməyənlərə" bəyan edirik. Necə ki, "bəqərə" surəsinin 253-cü ayəsində buyurulur: "biz bu peyğəmbərlərin bəzisini, bəzisindən üstün qərar verdik" və "bəqərə"surəsinin 146-cı ayəsində: "kitab (tövrat və incil) verdiyimiz kimsələr öz övladlarını tanıdıqları kimi (peyğəmbəri) tanıyırlar. Onlardan bir dəstəsi də haqqı bilə-bilə gizlədirlər".
Lakin, bizim fərqimiz budur ki, biz bütün ilahi Peyğəmbərlərə və onlara nazil olan səmavi kitablara hörmət qoyur,onlara böhtan yağdırmağı və hörmətsizliyi rəva görmürük. Çünki Quranı kərimdə buyurulur: "İslam Peyğəmbəri rəbbi tərəfindən ona nazil edilənə iman gətirmiş və möminlər də iman gətirmişlər. (onların) hamısı Allaha, onun mələklərinə, kitablarına və Peyğəmbərlərinə iman gətirərək dedilər: Biz onun peyğəmbərləri arasında fərq qoymuruq!"("bəqərə" surəsi,285)
Səmimi qəlbdən öz dininə hörmət göstərib, qədrini bilənlər başqasının müqəddəsinə "dil uzatmazlar".
Onlara: "yer üzündə fəsad törətməyin" deyən zaman, "biz islah etmək, yer üzərində sülh yaratmaq istəyirik", deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər. Ayıq olun! Fəsad törədənlər onların özləridirlər, lakin anlamırlar". (bəqərə ,11-12). Bu gün dünyada o qədər çox həllini gözləyən problemlər var ki, saymaqla bitməz. Nə üçün "islah etmək, yer üzündə sülh yaratmaq"istəyən qüvvələr öz imkanlarını həmin problemlərin həllinə deyil, "yer üzündə fəsad" törətməyə xərcləyirlər? Bunun cavabını ancaq özləri bilir, Quranı kərim isə buyurur:
"Ey kitab əhli! Nə üçün bildiyiniz halda haqla batili qatırsınız və haqqı gizlədirsiniz?" ("Ali-İmran"surəsi,71). "Onlar sizin üçün and içirlər ki, sizi razı salsınlar, halbuki əgər onlar mömindirlərsə, Allahın və onun Peyğəmbərinin razılığını qazanmaq daha xeyirlidir.
Məgər bilmirlər ki,Allaha və onun Peyğəmbərinə qarşı çıxan şəxs üçün içində daimi qalacaqları cəhənnəm odu vardır? Bu böyük rüsvayçılıqdır".("Tövbə" surəsi, 62-63). Bu ayələr heç bir təhrifə uğramamış müqəddəs kitabımız Qurani-Kərimdən götürülüb. və doğruluğuna da zərrə qədər şübhə ola bilməz.
İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) təvazökarlığından, sülhsevərliyindən, insanpərvərliyindən xəbərdar olmaq üçün "bilməyənlər"mötəbər, səhih hədislərlə dolu kitabları oxuya bilərlər.
İmamət səmasının birinci ulduzu, imamlar atası Əli (ə)-dan soruşanda ki, Allahın peyğəmbərinin ən fəzilətlisi kimdir, cavabında buyurur: "Peyğəmbərlərin ən fəzilətlisi həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləmdir". ("Üsuli- Kafi"cild1, səh.450)
Bir gün Peyğəmbər (s) öz əshabına buyurur: "Dünya və axirətin ən yaxşı əxlaqının nə olduğunu deyimmi?"
Dedilər: "Bəli, ey Allahın rəsulu!".
Həzrət buyurdu: "Əmin-amanlığı dünyaya yaymaq (ən yaxşı əxlaqdır)", (Mınazül-hikmət",cild 3,səh.218). Dünya üzərində əmin-amanlığı yaymağı tövsiyə edən Allah bəndəsinə "terrorçu" sözü yaraşarmı?!! Bu zözə biz qətiyyətlə etirazımızı bildirir və əxlaqsız hərəkətləri ilə bütün dünya müsəlmanlarını hiddətə gətirənləri şiddətlə qınayırıq.