Məbəs bayramı
  • Başlıq: Məbəs bayramı
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 17:59:37 1-10-1403



Məbəs bayramı

Həzrət Məhəmmədin (s) Peyğəmbərliyə məbus olması barəsində çox müxtəlif xəbərlər və rəvayətlər vardır. Onların hamısını burada zikr etmək mümkün deyil. Əhli-beyt alimlərinin tədqiqatlarının nəticəsi budur ki, həzrətin (s) pryğəmbərlik rütbəsinə yetişməsi rəcəb ayının 27-də, növruz günü, yəni gönəş həməl bürcünə daxil olan vaxt olmuşdur. Bu zaman həzrətin (s) qırx yaşı tamam olmuşdu.

Həzrət Əmirəlmöminin Əli (ə) "Nəhcül-bəlağə" əsərində buyurur: ki, o cənab (s) hələ südəmər çağlarında olarkən Allah-Taala ən böyük bir mələyi ona yəhkim etmişdi ki, gecə-gündüz ondan ayrılmaz ona hüsni-ədəb və hüsni-əxlaq təlqin edərdi.

İmam Məhəmməd Baqir (ə) buyurub ki, hələ besətdən qabaq o Cənaba (s) Cəbrail mələk nazil olurdu, onun səsini eşidir və onu öz sürətində görürdü. Yenə İmam Baqir (ə) buyurur ki, Allah-Taalanın Ruh adlı bir məxluqu var ki, Cəbrail və Mikail mələklərdən çox böyükdür və o, həmişə həzrət Məhəmməd (s) cənablarının yanında olub onu irşad edərdi, eləcə də Peyğəmbərdən (s) sonra məsum imamların irşadı ilə məşğul olardı. Hədislərdə deyilir ki, Cəbrail o həzrətə (s) nazil olanda əvvəlcə evin qapısında dayanıb izn istəyirdi, sonra daxil olub o həzrətin (s) qabağında qullar kimi ədəblə oturardı.

Digər hədislərdə deyilir ki, bəzən o həzrət (s) səhabələri arasında olarkən qəflətən bihuş olub qəşş halətinə düşər, tər tökərdi. Bu, ona vəhy nazil olması əlaməti idi. Belə hallarda mələk vasitəsi ilə yox, Allah-Taala ona vasitəsiz vəhy nazil edirdi, o cənab (s) Allah-Taalanın cəlal və əzəmətinin dəhşətindən bu hala düşürdü.

Həzrət Əli (ə) cənablarından rəvayət olunur ki, "Maidə" surəsi nazil olanda o həzrət (s) Şəhba adlı qatıra səvar idi. Vəhy o qədər əzəmətli və ağır idi ki, qatır yeriyə bilməyib dayanır və beli oqədər əyilirdi ki, qarnı sallanıb göbəyi yerə çatırdı. O həzrət (s) bihuş oldu və mübarək əlini yanında olan səhabələrdən ibn Vəhəbin başına qoydu. O hal keçəndən sonra nazil olan "Maidə" surəsini bizə oxudu.

Şeyx təbərsi, Qütbi-Rəvəndi və digər təfsirçi və hədisçilərin söylədiklərinə görə, hələ besətdən qabaq o həzrət (s) tənhalığı sevər və Məkkənin hira dağında Allah-Taalaya ibadət edərdi. O, mələklərin səsini eşidərdi, həqiqətə müvafiq yuxular görərdi, qulağına səslər gələrdi. Belə məqamlarda yalnız Əli (ə) və Xədicə ona məhrəm olardı. Əmrünün otuz yeddinci ilində, bir gün Məkkə dağları arasında Əbu Talibin qoyunlarını otararkən bir nəfər ona rast gəlib dedi: "Ya Rəsuləllah! Həzrət (s) soruşdu: "Sən kimsən?" dedi: "Mən Cəbrail mələyəm, Allah-Taala məni göndərib ki, səni pryğəmbərliyə yetirəm" O, ayağını yerə vurdu. Oradan bir çeşmə açıldı, Cəbrail o su ilə dəstəmaz aldı və o həzrətə (s) dəstəmazı təlim etdi. O həzrət (s) Əli (ə) ilə birlikdə zühr namazını qıldı. Sonra evə gəldilər və Xədicə ilə birlikdə əsr naçazını qıldılar.

İmam Həsən Əskəri (ə) cənablarından rəvayət olunur ki, Rəsuli-Əhrəm (s) qırx yaşına çatdıqda Allah-Taala onu bəndələr arasında qəlbi Allaha ən yaxın və ondan qorxan, həm də itaətkar olan bəndə görüb onun gözünə başqa bir nur bəxş etdi. Asimandsan dəstə-dəstə mələklər nazil olurdu, o həzrət (s) onları görürdü.

Allah-Taala Ərşdən o həzrətin (s) mübarək başına qədər öz rəhmətini müttəsil etdi. Cəbrail mələk asimanı və yeri əhatə edərək ona nazil oldu. Sonra o həzrətin (s) qolundan tutub hərəkətə gətirdi. Və dedi: "Ya Məhəmməd, oxu!". Həzrət (s) buyurdu: "Nə oxuyum?"

Cəbrail dedi: "İqrə bismi rəbbikə"... yəni, öz Rəbbimin adı ilə oxu və s. O, Allahın əvvəlinci vəhyini həmin sözlərlə o həzrətə (s) yetirdi ("Ələq" surəsinin ilk ayələri).

Sonra başqa vaxtda Cəbrail yetmiş min məlyin müşayiəti ilə nazil olub o həzrət (s) üçün izzət və kəramət kürsisi gətirdi, mübarək başına nübüvvət (peyğəmbərlik) tacı qoydu. Həmd Ələmini onun əlinə verib dedilər: "Bu kürsidə oturub ucal və Xudavəndi-aləmə həmd elə".

Məhz bu gündən etibarən islam dünyəvi din kimi meydana gəldi və Ərəbistan yarımadasından başlayaraq bugünkü müsəlman ölkələrində əsas etiqada çevrildi. Lakin bu, hələlik son hədd deyildir. Yəni dünyada müsəlmançılığı qəbul edənlərin sayı gündən-günə artmaqdadır.