SƏKSƏN DINARLIQ EV
  • Başlıq: SƏKSƏN DINARLIQ EV
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 16:42:1 4-9-1403

Şürəyh ibni Haris məşhur İslami şəxsiyyətlərdəndir. O, altmış il Kufənin qazisi olmuşdu. O, ilk dəfə Ömər ibni Xəttabın xilafəti zamanında qazi oldu ki, bu vaxt Şürəyhin təqribən qırx yaşı var idi. O, Osmanın xilafəti zamanı, eləcə Əli (əleyhissalam)-ın icazəsinə əsasən öz qaziliyində qalırdı.

Baxmayaraq ki, Əli (əleyhissalam) bəzi nəzəriyyələrdə onunla müxalif idi hətta bir neçə dəfə onu Kufədən öz kəndinə (Kufənin yaxınlığındakı) ki, sakinlərinin əksəri yəhudi idilər, sürgün etdi, amma onu qazilikdən çıxarmadı. Bəziləri onun ömrünü 183-il bəziləri 120-ilə qədər qeyd etimşdirlər.

Şürəyh zehinli, ayıq zirək bir şəxs idi. Onun qazilik işləri islah etmək sahəsində qəribə səriştəsi var idi. Onun xüsusiyyətlərindən biri saqqalının olmaması idi. Ərəblər arasında atalar sözü idi ki, deyirdilər: “Şüreyh tülküdən zirək hiyləgərdir.”

Bu sözün ona deyilməsinin səbəbi bundan ibarət idi ki, Şürəyh bir müddət Nəcəf- Əşrəfdə yaşayırdı o vaxt ibadət namaza məşğul olduğu zaman bir tülkü gəlib onun kənarında qarşısında oynayır, beləliklə onun fikirini namazdan yayındırırdı.

Bu hadisə bir müddət təkrarlandı. Nəhayət Şürəyh adama oxşar bir heykəli düzəldib öz papağını onun başına qoydu. Ondan sonra tülkü gəlir o heykəlin kənarında oynayırdı. Bir gün Şürəyh yavaşca o tülkünün arxasından gəlib onu tutdu camaat da bu səbəbdən dedilər: “Şürəyh tülküdən hiyləgərdir.”

Hər halda İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: Əli (əleyhissalam) Şürəyhi qaziliyə təyin etdikdə onunla şərt bağladı ki, Həzrət Əli (əleyhissalam) təsdiq etmədən heç bir qərar çıxarmasın.

İndi isə qayıdaqNəhcül-bəlağə Şürəyhlə bağlı dastana. Şürəyh Əli (əleyhissalam)-ın xilafəti zamanı özü üçün 80 dinarlı bir ev aldı. Bu xəbər Əli (əleyhissalam)-a çatdırıl-dıqda İmam onu çağırıb buyurdu: Mənə məlumat verilib ki, sən 80 dinar qiymətinə ev alıb onu öz adına qəbalə etdikdən sonra hələ ona şahid tutmusan?! Şürəyh cavabında dedi: “Düzgün məlumat veriblər.” İmam ona qəzəbli bir tərzdə nəzər salıb buyurdu: “Ey Şürəyh! Tezliklə bir kəs (Əzrail) sənin tərəfinə gələr ki, qəbzinə baxar, şahid şühudlarının imzasına diqqət yetirər, səni ondan çıxarıb yalqız qəbir çuxuruna qoyar.”

Ey Şürəyh! Olmaya başqalarının malından alıb pulunu da (qiymətini) haram yolla ələ gətirmiş olasan? Əgər belədirsə öz dünya axirətini əldən vermisən. Bunu bil ki, əgər evi olarkən mənim yanıma gəlmiş olsaydın, sənə elə bir qəbz yazardım ki, ona əməl etməklə hətta bir dirhəmə belə meyl göstərməzdin. Yazacağım qəbzin nüsxəsi belə idi: Zəlil bu evi dünya ilə xudahafizləşməkdə olan bir şəxs edən alıbdır ki, fani olanların məhəlləsində ölənlərin küçəsində yerləşir:

Bu mülk bir tərəfdən bəla müsibətlərlə zəngin, digər tərəfdən isə üzü müsibətlərə doğru irəliləməkdədir, üçüncü tərəfdən nəfsani həvəslərlə başqa bir tərəfdən isə şeytanın hiyləsi ilə tamamlanır.

Bu evi arzulara aldanmış qısa bir müddətdən sonra dünyadan köçəcək izzətdən xaric məbləğə, qənaətə dünya zillətinə daxil olmaq üçün alıbdır. Əgər bu evdə hər cür ixtilaf fəsad baş verərsə İran Roma Yəmən şahlarının çürümüş cəsədlərinin öhdəsinədir. Bu müddəanın şahidi həvayi-nəfsin tabeçiliyindən çıxan, dünyapərəstlik zəncirlərindən azad olan əqlin etdiyi hökmdür.