ƏLAVƏ OLUNMUŞ YENI SUALLAR
  • Başlıq: ƏLAVƏ OLUNMUŞ YENI SUALLAR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 6:53:41 2-10-1403


ƏLAVƏ OLUNMUŞ YENI SUALLAR

Sual 1. Bir nəfər maddi cəhətdən müstəti olub adını həccə gedənlərin siyahısına yazdırır. Lakin səfər vaxtı gəlib çatdıqda həkim onun xəstəliyi və ya qocalığına görə həccə getməyinə icazə vermir. Bu halda o, yenə müstəti sayılırmı və həcc ona vacibdirmi? Eyni zamanda diri ikən naib tuta bilərmi?

Cavab. Müstəti sayılmaz və naib tutmaq da vacib deyil.

Sual 2. Həcc karvanları ilə həccə gedən xidmətçilərin çoxu müstəti olmasalar da həccdə olmaq onlara nəsib olur. Belə şəxslər ilk səfərlərində İslam həcci niyyəti edirlər. Onların bu cür gedişləri istitaət hesab olunurmu? Yoxsa özləri müstəti olandan sonra yenidən həccə getməlidirlər?

Cavab. Əgər miqata çatandan sonra da olsa, istitaət şərtlərinə sahib olsalar, onların bu həcci İslam həcci üçün kifayət edər. Əks təqdirdə, müstəti olandan sonra yenidən həccə getməlidirlər.

Sual 3. Hal-hazırda mənzil almağa qüdrətim yoxdursa, həcc mənə vacib olarmı? Əgər vacib olsa, istənilən şəraitlə həccə getməliyəmmi?

Cavab. Əgər şəxsi mülkünüz olan mənzilə ehtiyac varsa, yalnız o surətdə müstəti olarsınız ki, şəxsi mənzilə və ya onun puluna malik olasınız.

Sual 4. Bir şəxs bir nəfəri Mədinədə miqat həccini yerinə yetirmək üçün əcir etmişdir amma Şəcərə məscidində və yaxud digər miqatlarda möhrim olmasını müəyyən etməmişdir. Əcir olan kəs Şəcərə məscidində ümreyi-müfrədə üçün niyyət edib ehram bağlayarsa, sonra gedib Cöhfədə və ya Qərnül-mənazildə icarə olan ümreye-təməttönün ehramını niyyət edə bilərmi?

Cavab. Deyilən surətdə əcir hər hansı bir miqatda niyyət edib niyabətən möhrim ola bilər. Amma əgər mədinədə əcir tutmaq məscidi Şəcərədə ehram bağlamağa əcir tutan kəs üçün əlamət sayılarsa, əcir olan kəs gərək Şəcərə məscidində möhrim olsun.

Sual 5. Niyabətdə olan naib öz müctəhidinin fətvalarına əməl etməlidir, yoxsa onu naib tutan kəsin müctəhidinin fətvalarına?

Cavab. Naib gərək öz təqlid etdiyi müctəhidin fətvalarına əməl etsin.

Sual 6. Bir kəs başqası tərəfindən naibdir və həcc qılmaq üçün müstəti deyil, lakin indi ümreyi müfrədə üçün istitaəti var. Ümreyi-müfrədə ona vacibdirmi?

Cavab. Zahir budur ki, ümreyi-müfrədə naibə vacib deyil və onun vəzifəsi ümreyi-təməttönü yerinə yetirməkdir. Amma müstəti olduğu ümreyi-müfrədəni yerinə yetirmək daha çox ehtiyatdır.

Sual 7. Bir kəs məsələni bilməməzlik üzündən ümreyi-müfrədə üçün Cəddə aeroportunda ehram bağlamışdır. Təvafı, namazı və səyi yerinə yetirəndən sonra məlum olmuşdur ki, gərək miqatların birində möhrim olmalıymış. Bu surətdə onun təklifi nədir?

Cavab. Hazırda heç bir təklifi yoxdur. Lakin başqası tərəfindən naib olmuşsa və ya nəzir səbəbinə ümreyi-müfrədə ona vacib olmuşsa, bu surətdə kifayət etməz.

Sual 8. Bir kəs həcc və ziyarət təşkilatının işçisidir və mümkündür ki, işinin səbəbinə Məkkədən xaric olsun, lakin bu işə yəqinliyi yoxdur. Ehram vaxtı miqatda ümreyi təməttönün ehramının niyyətini edə bilərmi?

Cavab. Edə bilər.

Sual 9. Əgər bir kəs ümreyi müfrədənin ehramını İranda bağlamağı nəzir edibsə, onun nəzri düzdürmü və yenidən miqata gedib möhrim olması lazımdırmı?

Cavab. Bəli, onun nəzri düzdür, gərək İranda möhrim olsun və miqata da getmək lazım deyil.

Sual 10. İrandan ümreyi müfrədə qəsdilə Cəddəyə daxil olan kəslər Tənim məscidində möhrim ola bilərlərmi?

Cavab. Möhrim olmadan Məkkəyə daxil ola bilməzlər.

Sual 11. Şəcərə məscidinin qədim hüdudunu müəyyən etmək mümkün olmazsa və yaxud müşkül olarsa, onun yeni tikilmiş və genişləndirilmiş hissələrində ehram bağlamaq kifayətdirmi?

Cavab. Məscidin daxilində ehram bağlamaq kifayətdir, hərçənd ki, yeni tikilmiş və genişləndirilmiş hissəsi də olsa.

Sual 12. Hacılar Cöhfə məscidinin daxilində ehram bağlamalıdırlar, yoxsa xaricində də caiz bilirsiniz?

Cavab. Cöhfə məscidinin xüsusiyyəti yoxdur, xaricində də möhrim ola bilərlər.

Sual 13. Miqatdan qabaq ehram bağlamaq üçün ərinin icazəsi olmadan nəzir edən qadının nəzri düzdürmü və ümumiyyətlə ərindən icazəsiz nəzir edən qadının nəzri necədir?

Cavab. Əgər ər qadının yanında deyilsə, nəzrin ərin icazəsinə heç bir bağlılığı yoxdur. Lakin əri yanındadırsa, ehtiyat odur ki, icazəsiz nəzir etməsin, əgər nəzir edərsə, bu surətdə nəzr düz olmaz.

Sual 14. Həccin ehramı qədim Məkkədə olmalıdır, yoxsa indiki Məkkənin bütün əhatə etdiyi yerlərində?

Cavab. Həccin ehramı indiki Məkkənin bütün yerlərində caizdir, lakin ehtiyat odur ki, qədim Məkkənin hüdudundan kənara çıxmasın. Əfzəl odur ki, Məscidül-Həramda möhrim olsun.

Sual 15. Əgər hacı vüquflardan sonra, yaxud həccin bütün əməllərini yerinə yetirdikdən sonra yadına düşsə ki, ehram bağlamayıb və ya qəsdən ehramı tərk edib, vəzifəsi nədir?

Cavab. Suala fərzən bilərəkdən ehramı tərk edib edibsə, əməli batildir. Əgər həcc ehramını unudubsa, əməllərdən və vüquflardan sonra yaxud ehram tədarük etmək imkanına malik olmadığı təqdirdə yadına dü-şübsə, onun əməli düzdür. Zahir odur ki, bilməməyin hökmü unutqanlığın hökmüdür. Yəni əgər məsələni anladığı vaxt bütün həcc əməllərini ehramla yerinə yetirə bilməyəcəksə, onun həcci düzdür. Unutqanlıq və bilməməzliyin bütün surətlərində ehtiyat müstəhəb odur ki, növbəti il həcci yenidən yerinə yetirsin.

Sual 16. Müməyyiz uşaq vəlisinin əmri olmadan miqatda möhrim olmuş və təkcə səy və təqsiri yerinə yetirmişdir. Onun və ya vəlisinin qalan əməllərə nisbətən təklifi nədir?

Cavab. Təvafı və namazı yerinə yetirməlidir, ehtiyata əsasən səy və təqsiri yenidən yerinə yetirməlidir, sonra Nisa təvafını və onun namazını yerinə yetirməlidir.

Sual 17. Tikilmiş ayaqqabını möhrim kişinin geyinməsinin hökmü nədir?

Cavab. İşkalı yoxdur. Şərt budur ki, ayağın üstünü bütövlüklə örtməsin.