ZÜHUR DÖVRÜNÜN GIZLI QALMASININ SIRRI
  • Başlıq: ZÜHUR DÖVRÜNÜN GIZLI QALMASININ SIRRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:13:59 2-10-1403


ZÜHUR DÖVRÜNÜN GIZLI QALMASININ SIRRI

Qeyd olunduğu kimi, hikmətli Allahın iradəsi əsasında zühur zamanı bizə məxfi qalmışdır və şübhəsiz, bu məsələ müəyyən hikmətlərə əsaslanır ki, onlardan bə`zilərini qeyd edirik.

Ümidin davam etməsi

Zühurun vaxtı gizli qaldığından, ümid nuru bütün əsrlər boyu intizarçıların qəlblərində canlı və daimi qalacaqdır ki, nəticədə qeybət dövrünün çətinliklərinə və təzyiqlərinə müqavimət göstərsinlər. Doğrusu, əgər keçən yüz illiklərin şiələrinə: «Zühur sizin dövrünüzdə deyil, gələcəkdə baş », deyilsəydi onlar hansı ümidlə dövranlarının fitnələri qarşısında müqavimət göstərə qeybət dövrünün enişli-yoxuşlu çətinliklərini salamatçılıqla arxada qoya bilərdilər?!

Zəminə yaratmaq

Şübhəsiz, inkişaf və fəaliyyətin ən mühüm amillərindən olan «qurucu intizar» yalnız zühur zamanının məxfi qalması sayəsində formalaşa bilər. Çünki zühur vaxtının tə`yin olunması ilə eyni zamanda zühuru görməyəcəklərini bilən şəxslərdə quruculuq hərəkatı üçün heç bir əsas qalmaz və onlar öz sükunət və ətalət hallarını davam etdirərdilər.

Zühur vaxtın gizlin qalması ilə, bütün əsrlərin və dövranların insanları zühuru öz dövrlərində görmək ümidi ilə daim sə`y və fəaliyyət edirlər ki, zühurun şəraitlərini yaratsınlar, öz cəmiyyətlərini islahatçı və saleh bir cəmiyyətə çevirsinlər.

Bundan əlavə, zühur vaxtının müəyyən olunacağı təqdirdə, əgər müəyyən məsləhətlər üzündən və`dəsi verilmiş vaxtda zühur baş verməzsə, insanların çoxu İmam Məhdi (ə)-a e`tiqadın özündə belə, şəkk-şübhəyə düçar olardılar.

«Zühur üçün müəyyən bir vaxt tə`yin edilmişdirmi?» –deyə verilən sualın cavabında imam Baqir (ə) buyurmuşdur: «Zühur üçün vaxt tə`yin edənlər yalan deyirlər! (Bu sözü üç dəfə təkrar etdi.) Musa Allahın də`vəti ilə öz qövmünün arasından otuz gün müddətində getdiyi və Allah onunla otuz günə əlavə olaraq on gün də söhbət etdiyi zaman, onun qövmü dedilər: «Musa öz və`dəsinə əməl etmədi, ona yaraşmayan işləri gördü!» (Nəticədə dindən çıxaraq danaya pərəstiş etməyə başladılar).»[1]



[1] Qeybəti Nömani, 16-cı bab, 13-cü hədis, səh. 305