ZÜHUR
  • Başlıq: ZÜHUR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:58:54 2-10-1403


ZÜHUR

Zühurdan söhbət açılan zaman insanda çox ürəyə yatan bir hiss baş qaldırır. Sanki yam-yaşıl, xürrəm bir bağda da, axar bir çeşmənin kənarında oturmuş və bülbüllərin gözəl cəh-cəh səsələrinə qulaq asır. Bəli, zühur insana gözəllik bağışlayır, yaxşılıqların yayılmasına, yorğunların yorğunluğunun çıxmasına və ümidvarların gözündə şadlıq qığılcımları səpələnməsinə səbəb olur.

Bu bölmədə Həzrəti Məhdi (ə) və onun hüzuru sayəsində baş verəcək hadisələrdən söhbət açacaq, bununla da onun qeybət dövründə misilsiz camalının tamaşasına əyləşəcəyik.

Zühurun zamanı

İnsanların çoxu üçün yaranan sual bundan ibarətdir: İmam Zaman (ə) nə vaxt zühur edəcək? Onun zühuru üçün müəyyən bir vaxt tə`yin olunmuşdurmu?

Cavab: Din rəhbərlərinin sözlərinə əsasən, zühurun baş verəcək vaxtı insanlardan məxfidir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: «Biz nə keçmişdə zühur üçün bir vaxt tə`yin etmişik, nə də gələcəkdə tə`yin edəcəyik.»[1]

Buna əsasən, zühur üçün müəyyən bir vaxt tə`yin edənlər yalançılardır. Bu mətləbi rəvayətlərdə qeyd olunanlar da təsdiqləyir. İmam Baqir (ə) zühurun vaxtı barədə sual edən bir səhabəsinə buyurdu: «Vaxt tə`yin edənlər yalançılardır, vaxt tə`yin edənlər yalan deyirlər, vaxt tə`yin edənlər yalan deyirlər!»[2]

Belə rəvayətlərdən yaxşı şəkildə dərk etmək olar ki, tarix boyu həmişə müəyyən şəxslər şeytani məqsədlərlə zühur üçün zaman tə`yin etmişlər. Belə şəxslər gələcəkdə də olacaqdır. Buna görə də mə`sum rəhbərlər öz şiələrindən istəmişlər ki, zühura vaxt tə`yin edənlər qarşısında laqeyd qalmasınlar və onları təkzib etsinlər. İmam Sadiq (ə) bu barədə səhabələrindən birinə buyurmuşdur: «Zühur üçün vaxt tə`yin edən şəxsləri təkzib etmək üçün heç nədən qorxmayın! Çünki biz heç bir kəs üçün zühura vaxt tə`yin etməmişik».[3]



[1] Qeybəti-Tusi, 7-ci fəsil, 412-ci hədis, səh. 426

[2] Yenə orada, 411-ci hədis, səh. 425

[3] Yenə orada, 414-cü hədis, səh. 426