MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ
  • Başlıq: MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:57:55 2-10-1403


MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ

Müqəddəs Cəmkəran məscidi həzrət İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:

Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: "Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Məhdi (əc.) səni istəyir". Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu:

"Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir".

Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Qul huvəllah" surəsi deyilir. Rükunun ("Subhanə rəbiyyəl-`əzimi və bihəmdih") və səcdələrin ("Subhanə rəbiyyəl-ə`la və bihəmdih") zikrləri də 7 dəfə təkrar olunmalıdır.

Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsini oxuyarkən, "İyyakə nə`budu və iyyakə nəstə`in" ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da "Qul huvəllah" surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə "La ilahə illəllah" deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.