KİÇİK QEYB DÖVRÜ
  • Başlıq: KİÇİK QEYB DÖVRÜ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 6:23:42 2-10-1403


KİÇİK QEYB DÖVRÜ

İmam Məhdinin (əc.) dоğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur.

Bəzi rəvayətlərdə İmam Məhdi (əc.) həzrət Musa peyğəmbərə bənzədilmişdir.[1] Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər.

Hicri 260-cı ildə həzrət Məhdi (əc.) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan[2] və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər.

Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir.

يريدون ليطفئوا نورالله بأفواههم والله متم نوره ولو كره الكافرون

"Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!"[3]



[1] Müntəxəbül-əsər, səh:301.

[2] Yənabiul-məvəddəh, səh: 461; Kəmalüd-din. Bəzi kitablarda isə belə yazılmışdır: "Əbu İsa ibn Mütəvkkil Mötəmid Abbasinin əmri ilə imama namaz qıldı".

[3] Səff/8.