Osman ibni Hunəyf Əsil, şəhamətli Ənsarın ən seçilmiş (Mədinə müsəlmanları) şəxsiyyətlərindən Ovs sülaləsindən idi ki, qardaşı Səhl ibni Hunəyf ilə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gələrək İslamı qəbul etdilər və onlar İslam yolunda var səyi ilə çalışan müxlislərdən idilər və köhnə müsəlmanlardan hesab olunurdular.
Bu şəxs Peyğməbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından sonra Həmişə Əli (əleyhissalam) ilə bir olub enişli-yoxuşlu yollarda heç vaxt o Həzrətdən ayrılmamışdı. O ömrü boyu həqiqət yolundan heç vaxt çıxmadı. O Şortətul-Xuməys (Əli (əleyhissalam)-ın ölümə hazır ordusundan) idi və ixlas və şəhamətlə bu yolda addım atırdı.
Əli (əleyhissalam) xilafətə yetişdikdən və İslam hökuməti işlərini əlinə aldıqdan sonra Abdullah ibni Amir Osman ibni Əffanın xalası oğlu onun tərəfindən Bəsrənin valisi təyin olunmuşdu. Əli (əleyhissalam) onu valilikdən xaric edərək Osman ibni Hunəyfi onun yerinə təyin etdi.
Osman ibni Hunəyf Bəsrəyə tərəf gələrək cüz”i yanaşma və toqquşmadan sonra Bəsrənin valiliyini öz əlinə aldı və bu diyarın camaatının işlərinə yetişməyə başladı.
Osman Cəməl müharəbəsi başlanana kimi Bəsrənin valisi idi. Lakin Cəməl müharibəsi ərəfəsində onunla silahdaşları arasında bir tərəfdən digər tərəfdən, isə düşmənləri vasitəsilə toqquşma baş verdi. Osman ibni Hunəyf yaxşı müqavimət və şücaət göstərdi, ancaq axırda qüvvənin azlığı və təchizatın olmaması üzündən məğlub olub düşmənin əsirinə çevrildi və düşmən tərəfindən işkəncəyə məruz qaldı. Sonradan azad olundu və Ziy Qar məhəlləsində Əli (əleyhissalam)-a qovuşduqda İmam onun haqqında dua edib buyurdu: “Sən bu dönməzlik və yaxşı işlərinlə xeyir və mükafata nail oldun.”
Osman ibni Hunəyf Bəsrənin valisi olduğu müddətdə pis bir iş tutub ki, bu bir İslam valisinin şə”nindən uzaq idi. Onun tutduğu iş bu idi:
“Bəsrə pullarından birinin nahar (ya şam) yeməyi dəvətini qəbul edərək onun əlvan süfrəsinin kənarında əyləşdi ki, bütün dəvət olunanlar varlılardan ibarət idi.”
Bu işin haram olmamasına baxmayaraq onun kimi bir şəxsiyyətin elə bir mövqeiyyətdə olması düzgün deyildi. Bu hərəkət camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı bədbin edirdi. Bunu görən xalq elə fikirləşirdi ki, görəsən niyə Əli (əleyhissalam)-ın valisi xüsusi sinifdən olanlarla oturb-durur? Və çox güman ki, həmin əlaqə fürsət axtaranlar üçün körpü olardı və s...
Əli (əleyhissalam)-ın qasidləri bu xəbəri Həzrətə çatdırdıqda İmam Əli (əleyhissalam) Osmana müfəssəl bir məktub yazdı ki, həmin məktub “Nəhcül-bəlağə”də ən dərin və dəyərli məktublardan hesab olunur. Bu məktubun əvvəlində belə gəlib:
“Ey Hunəyfin oğlu! Mənə məlumat çatıb ki, Bəsrənin cavan ... və pullularından biri səni evinə ziyafətə dəvət edibmiş ki, sən də (işin nəticəsini nəzərə almadan) bu dəvətə tərəf tələsmisən və orada sənin qabağına cürbəcür ləzzətli xörəklər düzüblər ki, onlar sənin ağzına ləzzət gətirib.
Mən güman etmirdim ki, sən elə adamların qonaqlığını qəbul edəsən ki, yoxsulları ac-yalavac, o süfrədən uzaq, amma varlıları oraya dəvət olunmuş və o süfrənin başında əyləşmiş olalar. Bir bax gör ki, sən bu axurdan nə çeynəyirsən!? Bir müsəlman şəxsin halal malı olduğuna yəqinin olmadığın şeyləri kənara tulla və halal olduğuna yəqinin olduqlarından istifadə et.
Ey Osman ibni Hunəyf! Bil və dərk et ki, hər şəxsin bir rəhbəri vardır. Belə ki, müxtəlif məsələlərdə ondan dərs və ibrət alırlar. Belə ki, onu özləri üçün inam yeri və örnək sanaraq onun dünya görüşü və təcrübəsindən bəhrələnirlər. Elə isə bil ki, sizin rəhbəriniz Əli (əleyhissalam) öz dünyasından paltar sarıdan iki dəyərsiz paltarla kifayətlənib, dünya yeməyindən iki tikə arpa çörəyinə qənaət edibdir. Doğrudur ki, sizin bu həddə qədər qüdrətiniz yoxdur (mənim kimi olasınız) lakin, mənə nəfsi öldürmək, istiqamət və işlərdə diqqət məsələsində kömək etməlisiniz.”
Bu məktubun digər bir hissəsində buyurur:
“Əgər bal şəhdindən (süzmə baldan) və buğdanın məğzindən yemək hazırlamaq və bunları bir-birinə qarışdırıb yemək, eləcə də ipək paltar geymək istəsəm bunu edə bilərəm lakin heyhat, nəfs həvası mənə qalib gələ bilməz. Hərislik və tamah məni vadar edə bilməz ki, belə yeməklər yeyim, lakin Hicaz və Yəmamədə elə bir adam olsun ki, bir tikə çörəyi tapa bilməsin və heç vaxt doyunca çörək yeməmiş olsun; Yaxud (bu olan iş deyildir ki,) mən tox qarınla yatam, amma ətrafımda ac qarınlar və yanmış cigərlər yuxuya getməsinlər, ya şair demişkən:
“Həmin dərd sənə bəsdir ki, tox qarınla yatasan, ətrafındakı ac cigərlər isə bir kasa xörək ələ gətirmək üçün (ya quru çörək) qanad çalsınlar.”
Görəsən bununla kifayətlənim ki, bu şəxsin möminlərin əmiri və rəisi olmasını desinlər amma möminlərin çətinliyində iştirak etməmiş olum ya həyat çətinliklərində onların rəhbəri və qabaqcılı olmayım?!!”
Məktubun başqa bir qismətində isə buyurur: “Danışıqlarımızdan qulağıma belə çatdı ki, deyir:
Əbu Talibin oğlunun xörəyi belə (sadə) olarsa zəifliyə səbəb olur ki, bu zəiflik onu qəhramanlarla döyüşməkdən geri qoyar. Lakin bunu bil ki, dağlıq yerin ağacı daha möhkəm, yaşıl ağacların (ki onlara baxılır) qabıq-ları isə nazikdir. Digər tərəfdən isə çöl atları çöplərinin şöləsi daha qızğın sönməsi isə daha keçicidir.”
Mənim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə olan bağlılığım işığın işığa nisbəti kimidir. And olsun Allaha, əgər bütün ərəblər birləşib mənim döyüşümə gəlsələr müharibəyə arxa çevirmərəm və əgər əlimə fürsət keçərsə tələsik (düşmənin başını əzmək üçün) gedərəm, ardıcıl səy edərəm ta yer üzünü bu yoldan döndərib iki üzlü (Müaviyə kimi) adamın murdar vücudundan təmizləyim.
Həzrət məktubunun sonunda isə belə buyurur:
“Ey Osman! Allahdan qorx, bir neçə tikə çörəyə qənaət et, bəlkə cəhənnəm odundan nicat tapasan.”