İSLAMDA TƏBABƏT (2)
  • Başlıq: İSLAMDA TƏBABƏT (2)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 2:42:36 4-9-1403


İSLAMDA TƏBABƏT (2)

Allahın adı ilə

Ənciri südlə bişirdikdə alınan şərbət isə sinəni və boğazı yumşaldır, mədəni gücləndirir, onunla qarqara etmək isə diş dibi ətini möhkəmlədir.

Qəbzlikdən əziyyət çəkənlərə isə əncirin özü və mürəbbəsi çox faydalıdır. Əncir babasilin də ən yaxşı dərmanlarından biri sayılır. Əncir mürəbbəsini qaramalın (inəyin)qara ciyəri və ya toyuq mədəsinin əzələ təbəqəsi ilə qarışdırıb yüngülcə bişirərək 4-5 gün yedikdə sarılıq xəstəliyini sağaldır.

Əncir ilahi bir nemətdir ki, yaddaşı və ümumiyyətlə beyini gücləndirməkdə əvəzsizdir.

Ənciri balla yedikdə mədə yarası üçün çox faydalıdır. İmam Rza (ə) buyurur: "Əncir ağız qoxusunu aparır, damaq və dişləri, ümumuyyətlə sümükləri möhkəmlədir, tük bitirir, ağrını aparır".

Əncir kökəltməkdə əvəzsiz meyvədir. Arıqlıqdan əziyyət çəkənlər 40 gün müddətində ənciri cirə ilə birlikdə acqarına yeyərlərsə, bu narahatçılıqdan azad olarlar. Lakin zəifləmiş adamlar güclənməklə yanaşı kökəlmək istəmirlərsə əncir yedikdən sonra az miqdarda balla sirkəni qatıb qəbul etsinlər.

Dalağın zora düşməsindən çəkinənlərə isə məsləhətdir ki, ənciri qoz ləpəsi və ya badamla birlikdə yeyələr. Bu ilahi nemət yüksək qida dəyərinə malik olmaqla yanaşı, həmdə insan üçün enerji və vitamin mənbəyidir.

Əncirin xurma, kişmiş və innabla birlikdə işlədilməsi qədim zamanlardan sinə yumşaldıcı dərman kimi məşhurdur. Əncir bədən hərarətini və susuzluğu yatırır, tərləməyə kömək edir, tər vasitəsi ilə bədəndən zərərli və zəhərli maddələri çıxarır. Əncir qurusunu qoz ləpəsi ilə yemək bədənin müqavimətini artırır, cinsi fəaliyyəti gücləndirir, ənciri qoz ləpəsilə yemək həm də orqanizmin zəhərlənməyə qarşı müqavimətini artırır. Ənciri püstə və badamla yemək isə hafizəni gücləndirməkdə əvəzsizdir.

Əncirin tumları mədə və bağırsaqları təmizləyir.

Ənciri zeytun yağına batıraraq yemək həzmi asanlaşdırar, zəifliyi aradan qaldırar. Müdriklər buyurmuşlar ki, çalışın həmişə ənciri zeytun meyvəsi və ya zeytun yağı ilə birlikdə yeyin. Belə ki, hikmətli Allah boş yerə bu iki ilahi nemətin adlarını yanaşı çəkməmişdir.

Əncir tək və ya zeytun yağına batırılaraq yeyildikdə mədəni təmizləyər, mədənin fəaliyyətini gücləndirər. Qoz ləpəsi ilə əncir bronxları təmizləyər, öskürəyi kəsər. Ənciri südlə yemək revmatizmin dərmanıdır. Əncir yeməyin gözəl faydalarından biri də onun qaraciyər və dalağın yollarını açıb təmizləməsidir. Allahın sevimlisi, aləmlərə rəhmət olan, son peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurur: "hər kəs ürəyinin yaxşı və düzgün işləməsini istəyirsə, əncir yesin". Ənciri zəncəfillə yemək bəlğəmi aradan aparır, öskürəyi sağaldır. Ənciri südlə və ya adi halda yemək qan damçarlarını açar, trombları əridər. Əncir bəlkə də yeganə təbii ilacdır ki, qan təzyiqini tənzimləyərək aşağı endikdə də, yüksəldikdə də normaya gətirir.

Ənciri süd, qoz ləpəsi və badamla yemək körpəli qadınların südünü artırır. Ənciri yandırıb külünü dişlərə sürtdükdə dişləri ağardır və parıltılı edir.

Bu İlahi nemətin köməyi tək daxili orqanları sağalmaqla məhdudlaşmır. Arpa unu ilə ənsiri qatıb isti təpitmə düzəldərək çiban üzərinə qoyanda çibanın düşilməsinə kömək edir. Əncir əzəklə ağrəlarını sakitləşdirir. Onu zeytun yağı və ya mumla qarışdırıb soyuqdan yaranan dəri çatları zamanı təpitmə kimi istifadə edirlər, Əncirin balla qarışığından isə yaraları sağaltmaq üçün istifadə olunud.

Əncir ağacının gövdə və budaqlarından çıxan süd rəngli mayeyə şiraba deyilir. Həmin mayeni inək südünə qatdıqda süd tezliklə bərkiyir və pendirə çevrilir. Həmin mayedən dəri ziyilləri və səpişiklərininn üzərinə sürtürlər. Pambığı həmin mayeyə batırıb ağrıyan dişin içinə qoyduqda ağrı kəsir.