ALLAHI TANIMAQ
  • Başlıq: ALLAHI TANIMAQ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 9:33:50 5-10-1403


AllahI tanImaq

İmam Əli (əleyhissalam) öz xilafəti dövründə camaata bu müraciətlə çox buyururdu:

Hələ aranızdan getməmişdən

qabaq məsələlərinizi məndən soruşun.” Bir gün güclü cəsur, eləcə də dildən iti adam olan Ziləb Yəməni öz dostlarına belə dedi:

Əbu Talibin oğlu artıq təhlükəli uçurumun zirvəsində durmuşdur. Bu gün ondan edəcəyim sualla onu camat qarşısında utandıracağam.

Elə bu qərarla da məscidə gələrək camaatın qabağında Əli (əleyhissalam)-dan soruşdu: “Ya Əmirəl-möminin! Yaradanını görmüsən?!”

İmam buyurdu: Mən görmədiyim Allaha sitayiş edə bilmərəm.

Ziləb dedi: “Allahı necə görmüsən?!”

İmam buyurdu: “Heç zaman gözlər onu görməz, lakin imanın həqiqət aynasında yalnız qəlblər onu görə bilərlər.” O, Hər şeyə yaxındır, amma belə də yox ki, onlara bitişmiş olsun, eləcə də o hər şeydən uzaqdır, amma belə də yox ki, onlara laqeyid qalsın. O, qabaqcadan fikirləşməmiş danışır, həm də qabaqcadan qərar qəbul etməmiş iradə göstərir!