ON SƏKKİZİNCİ HEKAYƏT
Din ya qeyrƏt?!
Naman ibni Bəşir düşmən havadarlarından biri idi. Bir gün o Müaviyədən Əli (əleyhissalam)-ın hökumət dairəsində olan vilayətlərini işğal etmək məqsədilə qoşun istədi. Müaviyə də onu iki min nəfərə yaxın döyüşçü olan bir qoşuna başçı təyin etdi. Bu zaman Nalan ibni Bəşir iki min nəfərlik ordu ilə Eynut-təmr qəsəbəsinə hücum etməyi qərara aldı. Əli (əleyhissalam) tərəfindən Malik ibni Kə”b bu qəsəbəyə hakim təyin edilmişdi. Düşmən qəsəbəyə həmlə edən zaman Malik ibni Kə”bin min nəfərdən artıq köməkçisi yox idi. Bu zaman Əli (əleyhissalam)-a bir məktub yazdı.
Həmin məktubda vəziyyəti olduğu kimi Həzrətə məlumat verib ondan kömək istədi.
Hələ köməklər gəlib çatmamışdı ki, Naman Malikə həmlə etdi. Nəticədə Malik də öz yoldaşları ilə birgə özünü müdafiəyə başladı, Malik və köməkçiləri sanki sözü bir yerə qoyub qılınclarının qılafını sındırmışdılar ki, düşməni məğlub etməyincə bir də öz şəmşirlərini qılafa qoymasınlar. Bu zaman Malik öz köməkçilərindən sayılan Abdullah Əzdi ni Eynut Təmrin yaxınlığında yaşayan İmamın yaxın silahdaşlarından kömək almağa göndərdi Əzdi də ora gedib Muxnəf ibni Səlim dən 50 nəfər kömək aldı. Bunu gördükdə İslam döyüşçülərinin əhval-ruhiyyəsi bir azd da qüvvətləndi. Saylarının az olmalarına baxmayaraq qoşununu məğlubiyyətə uğratdılar.
Əli (əleyhissalam)-ın qoşununa kömək və qüvvə gələcəyindən qorxan Naman gecə ikən Şama tərəf qaçdı. Nəticədə Eynut-təmr qəsəbəsi alnı-açıq Əli (əleyhissalam)-ın silahdaşlarının əlində qaldı. Bu zaman Malik Eynut-Təmrin başçısı Əli (əleyhissalam)-a bir məktub yazaraq İslam qoşununun vəziyyətini Həzrətə elan edib bildirdi: Malikin ilk naməsi Əli (əleyhissalam)-ın əlinə çatdıqda camaatı toplayıb onlar üçün xütbə oxudu və onları Eynut- Təmr cəbhəsinə kömək etməyə çağırdı. Bu vaxt camaatdakı süstlüyü sezib onlara qarşı qəzəblənən Əli (əleyhissalam) ora toplaşanlara belə buyurdu:
Məgər dininiz yoxdur ki, sizləri öz ətrafına toplasın ya qeyrətsizsinizmi ki, düşmənin cəsarətinə baxıb susursunuz. Aranızda durub kömək üçün nə qədər fəryad etsəm belə məni dinləmirsiniz.?!!
Siz mənim göstərişlərimi yerinə yetirmirsiniz. Bu zaman Yalnız Ədi ibni Hatəm Əli (əleyhissalam)-a müsbət cavab verərək Təy qəbiləsindən min nəfərin bu döyüşdə hazır olduğunu bildirdi.
İmam onlara Nuxəylə ordusuna tərəf getmələrini tapşırdı. Hərəkət əmrinin verilməsini gözləyirdilər ki, bu zaman Malikin ikinci məktubu yetişdi və Əli (əleyhissalam) bu qələbədən çox xoşhal oldu. Həzrət gəlmiş məktubu Kufə camaatı üçün oxuyub Allaha həmd-səna etdi.