BIR MƏSIHI ALIMININ MÜSƏLMAN OLMAQ ƏHVALATI
  • Başlıq: BIR MƏSIHI ALIMININ MÜSƏLMAN OLMAQ ƏHVALATI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:50:52 1-9-1403


"Ənisül- əlam" kitabının yazıçısı Məsihi ruhanilərindən biri olubdur. Bu kitabın müqəddiməsində "Sərgüzəşti poraşub" ünvanı ilə öz müsəlman olmağı əhvalatını belə bəyan edir:

Bu kitabın müəllifi, ataları və ümumiyyətlə nəsli Nəsranilərin böyük kahinlərindən olmuşdur. Urmiyyə şəhərində yerləşən "Kəndi" kilsəsində dünyaya gəlmişdir. Müsəlman olmadan qabaq böyük kahinlərin, alimlərin və nəsrani müəllimlərinin yanında təhsil almışdır.

Onlardan bəziləri: Rəabbəy Yuhənna Bəkir, Qissisi Yuhənnayi Can, Rəabbəy Aj və başqaları olmuşdur ki, bu müəllimlər (provaslav) firqəsindən olmuşlar. Amma katolik firqəsindən olan müəllimləri: Rəabbəy Talu, Qissis Kurkəz və başqaları olmuşdur.

Bu müəllif on iki yaçında Tövrat, İncil və Nəsranilərin digər elmlərini bu müəllimlərin yanında bitirmişdir. (Mən) Elmi baxımdan kahinlik mərtəbəsinə yetişdim. On iki yaşımdan sonra təhsilimin sonunda nəsranilərin müxtəlif məzhəblərinin əqidələrini öyrənmək istədim. Çoxlu axtarış, tədqiqat və çoxlu zəhmətlərdən və səfərlərdən sonra katolik məzhəbindən olan böyük kahinlərdən birinin yanında oldum. Bu şəxs öz millətinin yanında böyük bir şəxsiyyət kimi tanınır və böyük bir və məqama malik idi, təqvalı və zahid sayılırdı. Katolik məzhəbindən olan, yaxından uzaqdan, padşah soltan, varlı- kasıb, ümumiyyətlə hər bir şəxs öz dini suallarını ondan soruşurdular və bu sualların cavablarının müqabilində qiymətli mallar və ya nəqd pullar göndərirdilər. Mən Nəsranilərin müxtəlif məzhəb və millətlərinin üsul və əqidələrini həmçinin əhkamlarını bu ustadın yanında təhsil aldım. Onun məndən başqa şoxlu şagirdləri var idi. Hər gün onun dərsində dördyüz, beşyüzə yaxın şagird iştirak edirdi. Dünyanı tərk edən və evlənməməyi nəzr edən və kilsədə yaşayan çoxlu kilsə qızları da onun dərslərində iştirak edirdilər. Lakin ustad bütün şagirdləri arasında mənə məxsus bir məhəbbət və münasibət göstərirdi. Mənzillərin və yeyinti xəzinələrin açarlarını mənə tapşırmışdı, təkcə pullar saxlanan kiçik bir evin açarını mənə verməmişdi. Mən düşünürdüm ki, ora kahinin mal və xəzinəsinə məxsus olan yerdir. Elə buna görə öz- özümə deyirdim ki, bu kahin dünya əhlidir və dünyanı dünya malına yetişmək üçün tərk etmişdir və onun özündən zahidlik təzahür etdirməsi dünya zinətlərini ələ gətirmək üçündür. Bir müddət bu minvalla onun yanında təhsilə davam etdirdim və artıq mənim yaşım 17- 18- ə çatmışdır.

Bir gün kahin xəstələndi və dərsə gəlmədi.

Mənə dedi: Ey ruhani tələbə! Şagirdlərə de ki, mən bu gün dərsə gələ bilməyəcəm.