Islamda və vahabiçilikdə matəm
  • Başlıq: Islamda və vahabiçilikdə matəm
  • yazıçı: ƏLİ ƏSĞƏR RİZVANİ
  • Mənbə:
  • Buraxılış tarixi: 3:20:29 21-8-1403




Islamda və vahabiçilikdə matəm Əzədarlıq və matəm İslamda yeni bir fenomen deyildir. Elə ilk günlərdən müsəlmanlar əzizlərinin vəfat, yaxud şəhadəti üçün göz yaşı axıtmışlar. Seyyiduş Şuhəda Həmzənin şəhadəti, yaxud Xədicənin (s) vəfatını nümunə göstərmək olar. Eləcə də sonralar İmam Hüseyn (ə) üçün olan təziyə və müsibət məclislərini misal çəkmək olar. Vahabilər - matəm və əza məclislərinin dini qadağası olmadığı bir halda - digər ölülər üçün ağlayıb ah-zar etməyi, əlbəttə, İslamın əvvəllərindəki əzadarlıqları istisna etmək şərtilə, haram və cahillik dövrünün əməllərindən olduğunu söyləyirlər. Onlar bu iddialarını sübuta yetirmək üçün Peyğəmbərdən nəql olunan rəvayətə sığınırlar: "اِنَّ رَسُول الله قَالَ: أربَعٌ أُمَّتِي مِنْ أَمْر الْجَاهِليَّة لا يُتْرِكونَهُنَّ: الفخر بالاحتساب والطعْنُ فِي الْأنساب والاستسقاء بالنجوم والنياحة" [1]