Qibləmiz Kəbə
  • Başlıq: Qibləmiz Kəbə
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:21:51 1-10-1403


Qibləmiz Kəbə

Dünya müsəlmanlarının qibləsi Kəbə evi Səudiyyə Ərəbistanı krallığında Məkkə şəhərində yerləşir. Məkkə şəhərinin 1 milyona yaxın əhalisi var. O, ölkənin cənub-qərb hissəsində yerləşir.

Əziz oxucu! bu yazıda sizə ən müqəddəs din mərkəzimiz olan Kəbə-Məscidül-həram haqqında məlumat vermək istəyirik.

Yer üzündə ən müqəddəs məkan olan Məscidül-Həram haqqında görək Quranda nə deyilir: "Doğrudan da insanlar üçün bina olunan ilk ev Məkkədəki evdir ki, bərəkət evi və bütün aləmlər üçün hidayət yeridir". (Əl-İmran, 96)

Quranda 15 dəfə uca Tanrı bu məscidi "Müqəddəs məscid"deyə adlandırıb. Bundan başqa Quranda o məscid digər adlarla da anılır.

Tarixdə məscidin tikintisi Adəm (ə) dövrünə gedib çıxır. Lakin əsaslı şəkildə həzrət İbrahim (ə) və oğlu həzrət İsmayıl (ə)-ın tərəfindən inşa edilibdir. İslam dini təşəkkül tapandan sonra isə xilafat və ondan sonrakı dövrlərdə Kəbə və onun ətrafında dəfələrlə təmir, yaxud əsaslə şəkildə tikinti işləri aparılıbdır.

Nəhayəy, 1955-ci ildə yeni layihə hazırlanır, yeni həcc mövsümünə qədər çox sürətlə inşaat işləri aparılaraq Əl-Məsaa deyilən (Səfa-Mərvə arasında (səy) –yerimək) 2 mərtəbəli hissə istifadəyə verilir. Qalereyanın uzunluğu 394,5 m, birinci mərtəbənin hündürlüyü 12 m, ikincinin isə 9 metrdir.

Məscidi dağlardan gəklən sellərdən qorumaq üçün yerin altı ilə eni 5 m, dərinliyi isə 4-6m, olan bir kanal qazılmışdır.

Hərəmin divar və döşəməsinin üzlük çəkilməsinə 122000 kv.m. mərmər daşı istifadə edilmişdir. Yeni layihədən sonra 500 000 adam üç mərtəbədən ibarət məsciddə namaz qılmaq imkanı tapdı.

Son dəfə 600 il qabaq təmir edilən Kəbə evinin tavanı və divarları pis vəziyyətdə olduğuna görə 1957-ci ildə 13-cü dəfə olaraq təmir edildi.

Məsciddə 8 min vüntilyator işləyir, Məscidi işıqlandırmaq üçün müxtəlif ölçülərdə 55 000 lampa istifadə olunur. Elektrik naqillərinin uzunluğu isə 35 000 metrdən ibarətdir. Məscidin işıq təminatına 8 mq vt elektrik enerjisi istifadə olunur.

1988-ci ilin yeni layihəsinin əsasında Məscidül-həramın qərb səmtindən yeni ərazi alınaraq orada təzə iki 80 metrlik minarəsi olan tikili inşa edilir. Bu tikilinin içərisində 492 sütun vardır. Döşəməsi mərmər, divarları isə islamı ornamentləvə süni daşlarla bəzədilmiş bu tikilidə 14 000 nəfər adamın namaz qılmağa imkanı vardır.

Darvaza və minarələr

Məscidin köhnə və yeni darvazalarının sayı 54-dür. Kral, ümrə və Əs-Səlam darvazalarının üstündə yüksəkliyi 92 metrə çatan qoşa minarəlkər ucalır. Hər minarənin zirvəsində 5,6 m yüksəkliyində bürünc ayparalar bərkidilmişdir. 7-ci minarə isə 35 metr diametrində günbəz inşa edilibdir.

Məscidin daxili sahəsi yeni tikinti işləri nəticəsində 27 000 kv. Metrə çatdırılıbdır.