Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
  • Başlıq: Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:16:14 1-10-1403


Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri

Həkimlərin sultanı kimi İbn Sinanın (980-1037) tibb aləminə bir çox yeniliklər gətirən "Əl-Qanun" adlı əsəri nəinki yalnız islam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. "Tibbin incili"adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna ən böyük sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə Avropalılara nümunə olmuşdur.

Bəzi tədqiqatçıların fikrincə İbn Sina kimi qüdrətli həkim sayılan Razi (864- 925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır.

Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir (bəzi tədqiqatçılar mikrobun kəşvini İbn Sinanın adı ilə bağlayırlar).

Vərəm mikrobunu Kambur Vesim (vəf. 1761) tapmışdır.

İbrahim Cəssar (vəf. 1009) 1000 il bundan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmiş, vəbanın yoluxucu xəstəlik olması barədə ilk dəfə elmi yolla İbn Xətib (1313-1374) fikir yürütmüşdür.

Gözəl bağlı tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca elm dünyasının öndəri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə məlumat verən şəxs İbn Rüşd (1126-1198) olmuşdur. X1 əsrdə yaşamış məşhur göz həkimi Əli ibn İsanın yazdığı "Təzkirə" əsəri yüzillər boyunca yeganə məlumat mənbəyi sayılmışdır.

Əmmar adlı müsəlman alimi isə 9 əsr bundan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır.

Əli bin Abbas (vəf. 994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng əməliyyatını həyata keçirmiş, onun qələmə aldığı "Kitabül-Məliki" adlı tibb ensiklopediyası günümüz üçün də öz aktuallığını qoruyub saxlamışdır.

Kiçik qan dövranını Avropa alimlərindən təqribən 300 il əvvəl İbnnün-Nəfis (1210-1288) kəşf etmiş, İbn Sinanın "Qanun" kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.

Müsəlman Şərqində bu səviyyədə elmi işlər aparıldığı zaman Avropada həkim sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqibə məruz qoyurdular. İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik zamanında təşkil olunmuşdur. Həmin xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Qaçmamaları üçün cüzamlı xəstələrin həbs edilmələri əmr edilmiş, onlara və korlara ərzaq təsis olunmuşdu.