Məhdəviyyət ideyası
  • Başlıq: Məhdəviyyət ideyası
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 19:50:7 1-10-1403


Məhdəviyyət ideyası

Allahın adı ilə

Hər hansı bir nicat verənin, zülmlə dolmuş dünyaya dalət bəxş edənin zühuruna etiqad təkcə dinimiz islama xas əqidə deyil, bəlkə tamam dinlər, hətta məzhəblər qədimdən bu günəcən axirəzzəmanda bir xilaskarın vasitəsi ilə dünyada ədalətin bərpa olunmasına inanır. İntizardadırlar ki, bir gün gələcək. O, nahaq yerə günahsızların axıdılan qanlarına, süngülərdə doğranan məsum körpələrin zarıyaraq keçinməsinə, gözü yaşlı ana-bacıların əli qoynunda ah-naləsinə cinayətlərə və hər növ ədalətsizliklərə son qoyacaq. Çətinliklər həmişə bizimlə olmayacaq. Yaxında nicat sahili görünəcək. Ssanki günəş yenidən doğacaq. Yer üzü ədalətlə gülüstana çevriləcək. Yaşadığımız kürədə bahar nəsimi əsəcək, rəhmət və bərəkət leysanları yağacaq. Dünyaya ədalət, sülh və əmin-amanlıq hakim olacaq. Çünki zülmdən dolmuş dünyanın ədalətlə, ədalətin isə məhz islahedicinin vücuduna ehtiyacı vardır.

Bəli xilaskarın zühuruna inam əqidəsi bütün dinlərdən o cümlədən "Məsihi, Yəhudi, Zərdüşt, Buddizm, Krişna və s... din və təliməlrində mövcuddur. Hətta nə təkcə din, bəlkə bu fitri inam başqa millətlərdə də olmuşdur. Qədim çinlərin, Hindlərin, Skandinaviyalıların, hətta qədim misirlilərin, meksikalıların və bir çox başqa xalqların da kitablarında islahedicinin zühuruna intizarı olmuşdur. Və bu barədə dinlərin müqəddəs və tanınmış dəyərli kitablarında, "Quran"da, "İncil"də, "Tövrat"da, Davududun (ə) "Zəbur"unda və "Məzamir"ində, Zərtüştlərin "Zənd" və "Cəmasibnamə"sində, Hindlərin "Belincuk"və "bask" və digər kitablarda ona işarələr olunmuş, bəhslər edilmişdir.

Xilaskarın zühuruna inam əqidəsi təkcə dinimiz islamda yox, bütün dinlərdə o cümlədən "Məsihi, Yəhudi, zərdüştlük, Budizm, Krişna və s...din və təlimlərdə mövcuddur.

Həmin islahatçı kimdir?

Bu müştərək əqidədə ümdə ixtilaf xilaskarın kimliyində və şəxsiyyətinin təyin etməkliyindədir. Başqa dinlərdə gözlənilən xilaskarın onların dininə mənsub peyğəmbər və ya hər hansı böyük bir şəxsiyyətin diri olub, zühur edəcəyi söylənilir. Biz müsəlmanların köklü əqidəsinə əsasən gözlənilən xilaskarın məhz sonuncu Peyğəmbərin (s) nəslindən onun sonuncu övladı, 12-ci haq canişini, Əlinin (ə) və Fatimənin (s.ə) cigər parası həzrət Mehdi Sahibəz-zəmandır. O həzrət hicri qəməri təqvimi ilə 255-ci ildə dünyaya gəlmiş, beş yaşından sonra qeybətdə olmuşdur.

İnsan da 1200 il yaşaya bilərmi?

Burada çox maraqlı bir sual ortaya çıxa bilər, Məgər bir bəşər övladı da 1200 il yaşaya bilərmi? Bu təbiət qanunlarına zidd deyilmi? Onun qeyri adi ömrünü isbat edən hər hansı bir dəlil varmı? Zənnimcə bu sualın cavabını verməxdən öncə, İmamın hal-hazırda harada olmasını, "Qeybət"dədir sözündəki məfhum və mənanı aydınlaşdırmalıyıq.

İmamın "Qeybətdə"-dir sözündə məqsəd bu deyil ki, İmamın vücudu "görünməzdir", belə düşünsək onun vücudu təkcə xəyalı təsəvvür olardı. Bəlkə "İmam qeybətdədir" sözündən məqsəd "görünməz" yox "tanınmaz"-dır. Çünki o cənab hər cəhətdən təbii yaşayır, hər zaman insanlar arasındadır. Müxtəlif yerlərdə olur. Hətta bütün həcc mərasimlərində o həzrətin hüzuru vardır. Tanınmaz halda ictimadadır, get-gəl edir. Bəzən xas möminlərə özünü tanıtdıraraq onlarla yaxından ünsiyyətdə olur.Çətin elmi, fiqhi məsələlərdə onlara təlim verib, müşküllərində məsləhətçilik edir.

Yəqin ki, əziz oxucularıma görünməzlə tanınmaz məfhumunun arasındakı fərqli cəhəti çatdıra bildim.

Amma onun barəsində əgər biz istisna bir hal görürüksə, bu onun ömrünün qeyri adi dərəcədə uzun olmasıdır. Bəli imam müstəsna ömrə malikdir. Adi bir Adəm övladı bu qədər yaşaya bilməz, bəs bir ümmətin rəhbəri, zəmanənin sahibi və imamı, axirəz-zəman xilaskar necə? Bu sualın cavabını aşağıdakı dəlillərlə isbat etmək olar:

a). Yuxarıda oxuduq ki, qədimdən bir çox məzhəb və xalqlarda böyük bir xilaskarın zühuruna intizar vardır. Bir əqidənin, bir istəyin ümumi olması, onun fitri olmasını bildirir. Hər fitri eşqin də bir məşuqun olduğundan xəbər verir. Necə ola bilər ki,hər bir şeyi hikmət üzündən yarada Allah, bu eşqi insanın fitrətində qərar versin lakin bu eşqi doyurmaq, vüsala çatdırmaq üçün bir məşuq yaratmasın. Bəs, deyə bilirik ki, hər dərdin bir dərmanı olduğu kimi, hər aşiqin də bir məşuqu vardır.

b). Səmavi kitablart və keçmişdən bəhs edən kitablar bəzi Peyğəmbər və adi insanların uzunömürlü həyat sürməsini göstərir. Misal üçün həzrəti Nuh (ə) 950 il, Loğman (ə) 400 il, Süleyman (ə) 712 il, Əshabi-kəhf 350 ilə yaxın, Buxtun-nəsr 1507 il, hindistanın padşahı Firuzyar isə 537 il yaşamışdır. Deməli aydın olur ki, Mehdinin (ə) uzun ömr yaşaması tarixdə ilkin deyil ki, elə də heyrətləndirici nəzərə çarpsın.

c). Şübhəsiz ki, uzun ömür yaşamaq bir (mahal), qeyri-mümkün iş deyil, bəlkə bunu təkcə qeyri-adilik adlandırmaq olar. Məgər Qeyri-adiliklərin, fövqəltəbii hərəkətlərin qadir Allaın vasitəsilə həyata keçməsinin bu günə qədər şahidi olmamışıqmı? İmamın 1200 il yaşamasını Allahın möcüzələri sırasında digər bir möcüzəsi adlandırmaq olmazmı? Uzun ömürlük məsələsi İsa peyğəmbərin (ə) ölüyü diriltməsindən, Musanın (ə) əsasının .jdahaya çevrilməsindən, habelə nil çayından keçməsi üçün suyun yarılmasından, İbrahimin (ə) odda yanmamasından, Kəhf səhabələrinin mağarada 300 il yatmasından və yüzlərlə beləcə qeyri-adiliklərdəndəmi daha heyrətləndirici və ağılabatmazdır. Deməli bu möcüzələr qüdrətli Allahın bariz nümunələrindən olduğu kimi gözlənilən xilaskarın da bu günə qədər yaşamasını digər bir möcüzə hesab etmək olar.

d). Peyğəmbərimizdən (ə) və məsum imamlardan bizə yetişən hədislərdən məlum olur ki, yer üzü heç zaman imamsız qalmamış,hər zamanda ümmət üçün zəmanənin imamı ümmətin rəhbəri olmuşdur.

Və həmçinin imamın zühur edərək böyük məsuliyyəti yerinə yetirməsi üçün yaşaması, bu günəcən diri qalması zəruriliyini də bizə yetişən hədislərdən anlayırıq. Hədislərdə vardır ki, islam peyğəmbəri 12 imamın adını sayarkən 12-cisinə yetişəndə "adı mənim adımdan künyəsi mənim künyəmdəndir. O, zülmdə batmış dünyanı ədalətlə gülüstan edəcək". Söyləmişdir. Başqa bir yerdə buyurmuşdur: "Əgər dünyanın sonuna bir gün də qalmış olsa, Allah o bir günü uzadar. O vaxtaqədər ki, mənim əhli-beytimdən olan bir kişi gəlib dünyanı zülm və fəsadla dolduğu kimi ədalətlə doldura. (bu hədis həm Əhl-təsənnün və həm də əhli-təşəyyö hədislərində gəlmişdir).

Göründüyü kimi hədislərdən məlum olur ki, gözlənilən xilaskar Mehdidir (ə.c). O, həzrət də təqribən 1200 il bundan qabaq dünyaya gəlmişdir. Peyğəmbərin buyurduğuna əsasən ədalətin bərpa olunması onun əgli-beytindən sayılanın, yəni Mehdinin (ə.c) vasitəsi ilə həyata küçəcək Bu da imamın zühuruna qədər yaşamasının zəruliyini bildirir.

e). Tibb elmi sübut etmişdir ki, qocalıq və vaxtsız ölüm həqiqətdə özü bir növ xəstəlikdir. Bu xəstəliyin də səbəbləri sağlamlıq və səhiyyə yetişməməzliyidir. Zəhərli hava udmaq, vaxtı vaxtında lazımı qida qəbul etməmək, ziyanvericilərdən pərhiz saxlamamaq və s... amillər insan ömrünün gödəlməsinə və adi əcəldən qabaq dünyadan getməsinə zəmin yaradır. Fiziologiya elminə əsasən insan bədənində milyonlarla hüceyrə var ki, zaman keçdikcə qocqlmış hüceyrələr onların yerində fəaliyyət göstərir. Beləliklə insan həyatı davan edir.

İnsanı qocaldan, hüceyrələrin fəaliyyətini dayandıran və insanı ölümə tərəf sürükləyən müxtəlif yollarla bədəndə olan güceyrələri məğlub edən mikroblardır. Səhiyyə üsullarına riayət edən şəxsin ömrü daha uzun olur və belə adamlarda qocalıq əlamətləri gec yaranır.

İnkişaf etmiş ölkələrdə yaşayan insanlar səhiyyəyə ciddi riayət etdikləri üçün, onların ömrü geridə qalmış dövlətlərdə yaşayan insanların ömrlərinə nisbətən daha uzundur.

Beləliklə, deyə bilərik ki, elmi kamil dərəcədə ilahi tərəfdən əta olmuş imamın öz səhiyyəsinə yetişərək bu günəcən cavanlığını qoruyub yaşaması ehtimalı elə də təəcüblü deyildir.

Bütün bunlar onu göstərir ki, ömrün uzun olmasını nə tarix inkar edir, nə əql aqeyri mümkün bilir, nə də ki, elm onun ehtimalını rədd edir. Bir də unutmamalıyıq ki, Qadir Allah hər şeyə qadirdir.

Allah bizi qurtuluş səbəbkarının həqiqi intizarında olanlardan etsin. Onun haqq hökümətini dərk etmək ləyaqətini bizlərə qismət etsin. Amin!

Sönməz günəş Sahib zamanım hardasan?

Ruhum, canım dərdlər dərmanım hardasan?

Aşiqəm, hicrindən olmuşam Məcnun,

Tez gəl, yetiş yalnız imdadım hardasan?

Hər məkanda müsəlmanın günü qara,

Gözü yaşlı anaların qəlbi yara,

Yetim qalmış körpələrin edir səda,

Ümid yeri güvənc nişanım hardasan?

Bəsdir qoydun qeybətinlə intizarda,

Müsəlmanın dar günüdür yetiş dada,

Qoyma getsin ümmətinin qanı bada,

Amanımsan, Sahib-zamanım hardasan?