İSLAMDA TƏBABƏT
  • Başlıq: İSLAMDA TƏBABƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:47:18 1-10-1403


İSLAMDA TƏBABƏT

Qovun-yemiş

Allahın adı ilə

18 min aləmi yaradan və yaratdıqlarının hamısını yaranmışların ən şərafətlisi adlandırdığı insanın əmrinə tabe edən, nemətlərinin şükrünü edə bilməyənlərə belə özünü rəhman sifəti ilə tanıtdıran aləmlərin Rəbbinə həmd və şükürlər olsun.

Tanrı aləmləri yaratdı, yeri- göyü və onların arasında olanları yaratdı. Sonra bu bənzərsiz sənət əsərinə özünün ən gözəl cizgilərini çəkdi-yaranmışların ən mükəmməlini, insanı yaratdı. Belə ki, Allah öz müqəddəs kitabı, tükənməz nur mənbəyi olan Qurani kərimdə buyurur:"biz insanı ən gözəl biçimdə yaratdıq". Və yaratdıqlarının hamısını insana xatir yaratdığını söylədi Tanrı. İnsandan isə bütün bunların müqabilində Tanrıya şükr etmək tələb olundu yalnız.

Yaradan buyurur ki: "sizə verdiyim nemətləri saymağa qalxarsanız sayıb qurtara bilməzsiniz". Bəli Ulu yaradan insanı yaranmışların ən şərafətlisi adlandırıb ona tükənməz nemətlər vermişdir. Amma görəsən biz bu ada layiqikmi, və görəsən bu tükənməz nemətlərdən layiqincəmi istifadə edirik. Və bizə bu qədər nemətləri təmənnasız olaraq bəxş etmiş yaradanı yada salırıqmı bu nemətlərdən istifadə edəndə. Tanrı yer üzünün xəlifəsini ilk-insanı-Adəmi yaratdı və yerdə olanların hamısını ona öyrətdi. İlk insan artıq bilirdi yer üzündə onun üçün faydalı olanı, yeməli olanı nədir, faydasız və yeməli olmayanı nədir. Bəli Adəm atamızdan üzü bəri 124 min İlahi Peyğəmbər bu bilikləri insan oğluna çatdırmaqda- xatırlatmaqda davam etmişdir. Əfsuslar olsun ki, insanlar bu biliklərə biganə yanaşmış, ən başlıcası isə nemətlərlə dolu Ana təbiəti unutmuş. Allah torpaqdan yaratdığı insan oğluna torpağın bitgiləri meyvə, tərəvəz və s. Bitgilər və torpağın təri-su ilə həyatını davam etdirmək üçün ona lazım olan enerji, vitamin və proteinlər bəxş etmiş, torpaqdan yaranan insan oğlunun qida və şəfasını torpaqda qərar vermişdir. Belə ki, Alim Allah bilirdi,insan oğlu üsyankar və unutqandır, o,öz etinasız və məsuliyətsiz davranışı ilə mütləq xəstəliklərə məruz qalacaq. Odur ki,Yaradan təbiəti onun üçün qida mənbəyi etməklə yanaşı, həm də dərdlərinin dərmanını tapmaq üçün aptek qərar vermişdir. Allah hikmət sahibidir və onun yaratdığı bir zərrə də hikmətsiz deyidir. Bu ilahi misilsiz nemət olan bitki aləmini də əhatə edir. Belə ki, hər bir bitginin özünəməxsus bir xüsusuyyəti onu insan oğlu üçün əvəzsiz edir. Yetər ki, insan bunu düşünüb bilsin., Ana təbiətdən üz çevirmək əvəzinə ona tərəf dönüb Allahın əvəzsiz nemətlərindən düzgün istifadə etməyi öyrənsin.

Allahın aləmlərə nur olaraq göndərdiyi Quranı- kərimdə bir kəlmə də hikmətsiz deyildir, çünki onun sahibi həkim Allahdır.

İnsanın həm ruhunu, həm cismini gözəl yaratmış həkim Allah, onun gələcəyinin qeydinə qalmış, onun üçün xüsusi əhəmiyyət kəsb edən bəzi şeyləri xüsusi vurğulamışdır.Bunlardan biri də bizim hamımıza yaxşı məlum olan qovun- yemişdir. Ki, onun adı bu İlahi kitabın səhifələrində çəkilmişdir.(Bəqərə surəsi, ayə 265). Görək bizə çox gözəl məlum olan bu bitkinin naməlum xüsusiyyətləri hansılardır ki,Allah onu bizə çox xatırlamağa çalışır.

Allahın sevib seçdiyi 124 min Peyğəmbərin fəzilətlisi, bəşərin ən şərafətlisi həzrəti Məhəmməd (s.ə) buyurur: "Üzüm və yemiş mənim ümmətimin baharıdır, yeməkdən əvvəl yemiş yeyilərsə bağırsaqları yuyar, xəstəlikləri aparar".

Yemiş yemək susuzluğu yatırar,orqanizmi sərinləşdirər, çünki, orqanizmə nəmlik gətirmək onun əvəzedilməz xüsusiyyətlərindəndir. Həzrəti Peyğəmbər (s) pak Əhli- beytinin nümayəndəsi, Peyğəmbər (s) canişini 6-cı imam, İmam Cəfər Sadiq (ə) buyurur: "yemiş yeyin, onda 10 xüsusiyyət cəm olub. Yemiş yerin yağı və şirəsidir, onda heç bir xəstəlik və dərd olmaz, o qidadır, sərinlədici içkidir, meyvədir, ətirdir, yuyucudur (orqanizmi yuyar), çörəyə yavanlıqdır".

Yemişin tumlarını qovurub qaynadaraq içmək öskürəyi kəsər, sinə ağrılarını sakitləşdirər.

Maraqlıdır ki, yemiş qabığından bir az gec bişən ətə qatılarsa ət tez bişər.

Yemiş ac qarına (az bir miqdarda) yeyilərsə böyrək və sidik kisəsini təmizlər, böyrək kanallarında və sidik yolarında olan qumu tökər. Yemiş sidik və tər qovucudur. Yemiş daş əmələ gəlməyə meyilli olan şəxslərə daha çox məsləhət görülür. Bu İlahi nemətin tumları davamlı yeyilərsə daxili yaraları müalicə edər.

Yemiş yemək bədənə xüsusi müqavimət və qüvvə verər. Yemiş üzüm kişmişi ilə yeyilərsə qan azlığını aradan qaldırar, təzə-təmiz qan yaradar.

Peyğəmbərlik məktəbinin sonuncusu və ən mükəmməli İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurur: "yemiş yeyin, ləzzət alın, onun suyu rəhmət, şirinliyi isə behişt şirəsidir.".

Yemiş yeməkdən əvvəl yeyilərsə qəbizliyi aradan qaldırar.

Allahın kamil insan və aləmlərin rəhməti kimi tanıtdırdığı Peyğəmbərliyi qiyamətə qədər davam edəcək həzrəti Məhəmməd (s) buyurur: "Yemiş yemək soyuqdəyməni çıxarır"Yemiş ilə kəkotu soyuqdan əmələ gəlmiş revmatizmanı müalicə edər.

Yemiş yemək babasilə də müsbət təsir göstərir. Davamlı yemiş yemək qara ciyər kanallarını açır. Yemişin həm özü, həm qabığı, həm də tumları şəfavericidir, qış üçün qabıq və tumları qurudub saxlamaq, qışda yeməkdən əvvəl bir az istifadə etmək şox tövsiyə olunur.

Yemiş vərəm xəstəliyinə, sarılıq və su yığılma (sirroz) xəstəliklərinə qarşı da çox faydalıdır.

Allahın öz müqəddəs kitabı Qurani-kərimdə bütün günahlardan pak və pakizə qərar verilmiş, məsum adlandırılmış Əhli- beyt nümayəndələri buyururlar: "yemiş yemək üzü və dərini təmizlər, təravət verər". Yemiş yemək və ya qabığının iç tərəfi ilə üzü silmək sifəti ləkələrdən təmizlər.

Yemiş tumlarından çəkilmiş şirə qurd qovucu kimi xalq təbabətində məşhur olmuşdur, bu həm də boğaz ağrısı və xronik öskürəkdə faydalıdır. Yemiş ürək xəstəliklərinə də çox faydalı sayılır.

Bu İlahi nemətin süd qovucu (süd əmələ gətirmə) xüsusiyyəti isə onu uşaqlı qadınlar üçün əhəmiyyətli edir.

Allahın sevimli bəndəsi, həzrəti Məhəmmədin(s) dünya və axirət qardaşı, xilafət varisi, imamlar atası Əmirəlmöminin Əli (ə) buyurur ki: "Yemiş behişt meyvəsidir, hər kəs ondan yesə Allah günahlarını bağışlar, savabını artırar".

Yemiş təbiətən təmizləyicidir, o damarlarda və kanallarda olan artıq maddələri qoparıb çıxarır, qanı təmizləyib duruldur. Yemiş beyinə və ümumiyyətlə, orqanizmə sərinlik verir, bədəni kökəldir.

Yemiş iltihaba qarşı da çox əhəmiyyətlidir. Yemiş təpitməsi bədəndə olan şişləri yatırır. Yemiş qabığının təpitməsi isə burun sulanmasının qarşısını alır.

Peyğəmbər xanidanının pak nümüyəndəsi, minlərlə alimlərə ustad olmuş, Allahın məsum bəndəsi 6-cı imam İmam Cəfər Sadiq (ə) buyurur: "yemiş cinsi əlaqəni gücləndirir, sidik yollarını yuyub ifrazatını artırır, sidik kisəsindəki daşları əridir".

Yemiş tumu yemək bədənə rütubət verir, Qara ciyər xəstəliklərinə qarşı faydalıdır, sidik qovucu olmaqla bərabər həm də böyrək və sidik kisəsini, bağırsaqları təmizləyir. Sinə ağrısı, qızdırmalı öskürək, sidik ifrazı zamanı törənən yanğılar zamanı yemiş tumu yemək tövsiyə olunur.

Qədim təbiblərin fikrincə, yemişdə insanı cavanlaşdırma xüsusuyyəti vardır.

Peyğəmbər(s) övladı Allahın sevimli bəndəsi, tibb elminin əvəzsiz bilicisi, milyonların ziyarətgahına çevrilmiş 8-ci imam, İmam Rza (ə) buyurur: "Ac qarına yemiş yemək iflic və qulunc xəstəliklərinə səbəb olar". Yemişi ac qarına yemək qızdırma da verə bilər, bir başa yeməkdən sonra yemək isə həzm prosesinin pozulmasına səbəb olur. Yemişi pendirlə yemək bağırsaq tıxanmasına səbəb ola bilər. Yemişin hər hansı bir ziyanını aradan qaldırmaq üçün sirkə və ya turş nardan istifadə etmək məsləhətdir.

şükürlər olsun o Allaha ki, yaratdığı hər bir zərrədə insan oğlu üçün faydalar qərar vermişdir. Və salamlar olsun bu misilsiz faydalar haqqındakı bilgilərin bizlərə çadıran həzrəti Məhəmməd (s) və onun pak övladlarına, məsumların yollarını davam etdirməyə çalışmış alim kişilərə.

İlahi o kəslər ki, sənin nemətlərinin şükrünü etməyə çalışar, sənin verdiyin dərdlərin dərmanını sənin verdiyin nemətlərin içərisində axtarar, təbib olaraq səni çağırar, aləmlərə rəhmət olan Quranına xatir, bəşərin ən şərafətlisi həzrət Məhəmməd (s) xatir, onun pak əhli-beytinə xatir o şəxslərə şəfa ver, dərdlərini yüngülləşdir, onları nəzərində saxla!...