ON SƏKKIZ YAŞLI CAVAN RUMLULARLA OLAN MÜHARIBƏNIN SƏRKƏRDƏSI
İslam Peyğəmbəri (s) ömrünün son günlərində, müsəlmanları qüdrətli Rum ölkəsi ilə müharibə etməyə könüllü dəvət etdi.
İslam ordusunun sərkərdələri, mühacir və Ənsarın başçıları və böyükləri bu böyük qoşunda idilər. Belə bir qoşunun sərkərdəliyi şübhəsiz gərək elə bir şəxsə verilsin ki, bu iş üçün daha layiqli olsun. İslam Peyğəmbəri (ə) onsəkkiz yaşlı Üsamə ibni Zeydi çağırdı və ordunun sərkərdəliyini ona tapşırdı. Peyğəmbərin (s) bu işi, onun səhabələrinin bir çoxu üçün (məxsusən o günlərin siyasi şəraitini nəzərə almaqla) qəbul edilə bilmirdi. Buna görə də etiraz etdilər ki, bu cavanı qabaqcıl mühacirlərə- sərkərdə və rəhbər- seçir.
Allahın rəsulu bu sözdən qəzəblənərək mənbərə çıxıb, Allaha həmd və səna etdikdən sonra belə buyurdu:
"Camaat Üsamənin sərkərdəliyinə dilyarası vurdular. Onlar, bundan qabaq Üsamənin atasının sərkərdəliyinə də belə etiraz etmişdirlər, halbu ki, bu iki nəfər ən layiqli sərkərdədirlər. Üsamə mənim ən sevimli sərkərdələrimdəndir. Sizə Üsamə ilə xöşrəftar etməyə tövsiyə edirəm.