TƏVƏKKÜL ETMƏK
  • Başlıq: TƏVƏKKÜL ETMƏK
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 23:46:34 3-9-1403

TƏVƏKKÜL ETMƏK
İmam Sadiq (ə): Peyğəmbər (s) Zaturriqa müharibəsində bir dərənin kənarında bir ağac altında dayandı. Bu zaman sel gəldi və Peyğəmbərlə (s) tərəfdarlarının (qoşununun) arasında fasilə saldı. Müşriklərdən bir kişi gördü ki, Peyğəmbər (s) tərəfdarlarından uzaq düşübdür və selin gəsilməsini gözləyir. Oz döyüş yoldaşlarına dedi: Mən Məhəmmədi öldürəcəyəm. Gəldi, Peyğəmbərin (s) üstünə qılınc çəkib dedi: Ey Məhəmməd! Kim səni mənim əlimdən xilas edə bilər?
Peyğəmbər (s) buyurdu: Mənim və sənin Allahın".
Bu zaman Cəbrail (ə) o kişini atından saldı və o, kürəyi üstə yerə düşdü. Peyğəmbər (s) qalxdı, qılıncını götürdü, onun sinəsi üstündə oturdu və buyurdu: "Ey ğəvrəs! Kim səni mənim əlimdən xilas edə bilər?
Ərz etdi: Sənin kərəmin, böyüklüyün, və bağışlamağın ey Məhəmməd!
Peyğəmbər (s) onu buraxdı. O kişi yerdən qalxaraq dedi: And olsun Allaha sən məndən daha yaxşı və daha şəxsiyyətlisən.  
Səhih Müslüm: (Cabir ibni Ədullahdan) nəql edir: Müharibələrin birində Peyğəmbərlə (s) birlikdə iştirak etmək üçün yola düşdüm. Peyğəmbər (s) tikanlı ağaclarla dolu olan bir səhrada bizə yetişdi və qılıncını onlardan birinin budağından asdı. Müsəlmanlar ağacların kölgələrinə sığınmaq üçün pərakəndə olmuşdular.
Peyğəmbər (s) buyurdu: "Mən yatmışdım. Gördüm ki, bir kişi gəldi və qılncını qaldırdı. Yuxudan oyandım. O, başım üstündə durmuşdu. Ancaq onu bildim ki, qılınc əlində parıldayır. O kişi mənə dedi: Kim səni mənim əlimdən qurtara bilər?
Dedim: Allah.
İkinci dəfə dedi: Kim səni mənim əlimdən xilas edə bilər?
Dedim: Allah.
O kişi qılıncını qınına saldı. O kişi odur orada oturub". Amma Peyğəmbər (s) o kişiyə heç bir şey etmədi.