İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
Məkkənin fəthindən sonra, çox çəkmədi ki, "Hüneyn" müharibəsi qabağa gəldi. Buna görə də lazım idi ki, Peyğəmbər (s) və onun əskərləri döyüş bölgəsinə getmək üçün Məkkədən xaric olsunlar. Elə buna görə də lazım idi ki, müşriklərin əlindən təzə qurtarmış və Ərəbistan yarmadasının mərkəzi olan Məkkə şəhərini idarə etmək üçün, layiqli və bacaracaqlı bir rəhbər təyin edilsin.
Peyğəmbər (s) öz yoldaşlarının arasından "Əttab ibni Üseyb" adlı 21 yaşlı bir cavanı bu böyük məsuliyyəti öhdəsinə götürmək üçün təyin etdi. Bu barədə belə gəlibdir: "Allahın rəsulu, Əttab ibni Üseybi 21 yaşında Məkkəyə rəhbər seçildi və tapışrdı ki, camaatla, camaat namazı qılsın. O, Məkkə fətgindən sonra birinci şəxsdir ki, orada camaat namazı qıldı.
Peyğəmbər (s) Məkkə hökümətinin rəhbərliyinin Əttabla olmasının qərarını verdikdən sonra, bu məsuliyyətin əhəmiyyəti barəsində buyurdu:
"Ey Əttab! Bilirsənmi səni kimlər üçün seçdim?
Səni Allahın şəhəri sakinlərinə seçdim və əgər onlar üçün səndən yaxşısını tapsaydım, onu təyin edərdim."
Məlumdur ki, 21 yaşlı bir cavanı Məkkə rəhbərliyinə təyin etmək Məkkənin böyükləri üçün narahat edici və çətin idi. Peyğəmbər (s) onların bu etirazının qarşısını almaq üçün, geniş sürətdə yazdığı məktubun sonunda, Məkkə əhalisinə müraciət edərək yazdı:
"Heç kəs onun yaşının az olmasını ona itaət etməmək üçün əsas tutmasın (bəhanə gətirməsin). Böyük- yaşlı- layiqli deyil, layiqli böyükdür."
Əttab ibni Üsəyd, İslam Peyğəmbərinin ömrünün sonunadək Məkkənin başçısı oldu və bu müddətdə öz məsuliyyətinin öhdəsindən layiqincə gəldi.