FIRONA VƏ ONUN YAXIN ƏTRAFINA GƏLƏN BƏLALAR
  • Başlıq: FIRONA VƏ ONUN YAXIN ƏTRAFINA GƏLƏN BƏLALAR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 17:34:6 1-10-1403


FIRONA VƏ ONUN YAXIN ƏTRAFINA GƏLƏN BƏLALAR

Firon və onun yaxın ətrafı öz çoxallahlı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, Həzrəti Musanın möcüzələrlə gəlməsi də onları bu batil inanclarından döndərməmişdi. Üstəlik onlar bunu açıq aşkar ifadə edirdilər:

"Onlar: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də yenə iman gətirən deyilik!" dedilər"("Əraf" 7 32)

Bu hərəkətlərinin əvəzində Allah onlara dünyada da əzab daddırmaq üçün ayənin ifadəsi ilə desək, "ayrı-ayrı möcüzələr" Bunlardan irincisi quraqlıq və yığılan məhsulların azalması idi. Mövzu ilə bağlı Quran ayəsində belə bildirilir: "Biz Firon əhlinin qıtılığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar!" ("Əraf",7 130).

Misirlilər öz əkin sistemlərini Nil çayına nəzərən qurmuşdular və bunun sayəsində də təbii şərtlərin dəyişməsi onlara elə də təsir etmirdi. Ancaq Fironun və onun yaxın ətrafının Allaha qarşı təkəbbürlük etməsi və Allahın Peyğəmbərini tanımaması səbəbi ilə onlara gözlənilmədən bir fəlakət gəlmişdi. Ancaq ayədə də bildirildiyi kimi, onlar bundan "nəsihət alıb fikirləşmələri" lazım ikən bu fəlakətləri həzrət Musanın və İsrail oğullarının gətirdiyi bir uğursuzluq kimi qəbul edirdilər. Bundan sonra Allah onlara ardıcıl şəkildə fəlakətlər göndərərək Quranda belə bildirmişdir:

"Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşarat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb genahkar bir tayfa oldular" ("Əraf",7 133)

Quranda Misir xalqının başına gələn bu müsibətlərlə bağlı bildirilənlər orta çarlıq dövründən qalma bir papirusun x1x əsrin əvvəllərində Misirdə tapılması ilə bir dəfə də təsdiq edildi. Bu papirus tapılandan az sonra 1909-cu ildə Hollandiyanın Leyden muzeyinə aparılıb A. H. Qardiner tərəfindən oxundu. Papirusda Misirdəki qıtlıq, quraqlıq kimi fəlakətlərdən və qulların Misirdən qaçışından bəhs edilir. Bundan əlavə qeyd etdiyimiz papirusun müəllifi (Ipuver) də bu hadisələrin şahidi olmaq üzrə çıxır.Misir xalqının başına gələn fəlakətlər zənciri Quranda bəhs edilən qıtlığın və qanın göndərilməsi kimi müsibətlə çox uyğundur.

Allahın Quranda bildirildiyi bu fəlakətlərdən İpuver papiruslarında belə bəhs edilir:

"Fəlakətlər bütün məmləkəti sarmışdı. Hər yerdə qan var idi"."çay qan oldu". "Belə dünən gördüyüm hər şey həlak oldu. Torpaqlar biçilmiş kimi çırıl-çırıl idi"

Misirin aşağısı məhv oldu. Bütün saray viranə qaldı. Sahibi olan hər şey: Buğda və arpa, qazlar və balıqlar"

Həqiqətən əkin hər yerdə məhv oldu". Torpaqlar-bütün iğtişaşa və guruluya baxmayaraq Doqquz gün ərzində saraydan heç bir çıxış yox idi və heç kim o şəxsin üzünü görə bilmədi.

Şəhərlər qüvvətli axınlar tərəfindən yerlə-yeksan oldu. Yuxarı Misir viranə qalmışdı. Hər yerdə qan var idi. Ölkədə yoluxucu xəstəliklər baş qaldırdı. Bu gün həqiqətən də heç kəs Şimala-Biblosa (Byblos) gedə bilmir. Mumiyalarımız üçün nə edəcəyik? Qızıl azalır.

İnsanlar sudan qorxmağa başladı. Hətta su içəndən sonra da susayırdılar.

"Budur suyumuz! Xoşbəxtliyimiz! Edə biləcəyimiz nə var? Hər şey talan edilib!" "Şəhərlər dağıldı. Yuxarı Misir qurudu".

"Yaşayış məskənləri bir dəqiqə ərzində alt-üst oldu".

Yalnız xx əsrdə xəbər tutduğumuz bu papirusda Fironon məlumatları Qurandakı analoji məlumatlarla böyük paralellik təşkil etməsi Quranın ilahi bir mənbəyə malik olmasını bir daha göstərir.