Peyğəmbərdən 72 suala cavab
  • Başlıq: Peyğəmbərdən 72 suala cavab
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:17:9 1-10-1403


Peyğəmbərdən 72 suala cavab

Allahın adı ilə

Bəşəri dəyərləri və İlahi kəlamları özündə birləşdirən İslam dininin bir sıra maraqlı problemləri bu gün alimləri, və din adamlarını ciddi düşündürür. Və onlar bu problemləri əhatə edən bəzi maraqlı mövzuları qələmə alır, İslamı dəyərləri daha da inkişaf etdirmək və bu sahədə təlim- tərbiyə proseslərini gücləndirmək, İslam elminin maraqlı anlarını və bəşəriyyətin sonuncu Peyğəmbəri həzrət Məhəmməd (s.ə) –in həyatı, fəaliyyəti ilə bağlı olan və yaddaqalan tarixi anları bizə çatdırırlar. Bu sayımızdan başlayaraq Peyğəmbərdən 72 suala cavab adlı əsəri hissə- hissə oxucuların ixtiyarına veririk.

Bir yəhudinin Peyğəmbər (s.ə)-ə verdiyi suallar və aldığı cavablar.

Əli (ə) buyurur ki, bir yəhudi peyğəmbərin yanına gələrək dedi:

Ya Məhəmməd, güman edirəm ki, sən Allahın rəsulusan. Musa ibni İmrana vəhy gəldiyi kimi sənə də vəhy gəlir.

Peyğəmbər (s) cavab verdi: Mən adəm övladlarının ağasıyam, peyğəmbərlərin xatəmi və sonuncusuyam. Pak insanların imamı, aləmlərin rəbbinin elçisiyəm.

Yəhudi dedi:

Ya Məhəmməd sən ərəblər üçün gəlmisən, ya əcəmlər (qeyri ərəblər) üçün, yoxsa bizim üçün?

Peyğəmbər (s) buyurdu: Mən hamı üçün gəlmişəm.

Yəhudi dedi :

Istəyirəm səndən Allah tərəfindən həzrət Musaya gələn on kəlmə baradə soruşam. Bu on kəlməni Nəbiyye- mursəl (ululəzm peyğəmbərləri) və böyük mələklərdən başqa kimsə bilməz.

Peyğəmbər (s) buyurdu,: hər nə barədə istəyirsən soruş.

Yəhudi dedi:

Ya Məhəmməd, İbrahim peyğəmbər bu evi kəbəni tikəndə Allahın ona nazil etdiyi kəlmələrdən mənə xəbər ver.

Peyğəmbər (s) buyurdu: həmin kəlmələr bunlardır: "subhanəllahi, vəlhəmdulillahi vəla ilahə illəllahu, vəllahu əkbər".

Yəhudi soruşdu:

Ya peyğəmbər, İbrahim peyğəmbər nə üçün kəbəni dördbucaqlı tikib?

Peyğəmbər (s) buyurdu: çünki İbrahimə nazil olan ilk kəlmələrin sayı dörd idi.

Yəhudi sual etdi:

Kəbəyə nə üçün kəbə deyildi?

Peyğəmbər (s) cavabında belə buyurdu:

Ona görə ki, dünyanın ortasındadır.

Yəhudi ərz etdi:

Ya peyğəmbər, "sübhanəllahi, vəlhəmdulillahi və la ilahə illəllahu, vəlllahu əkbər" kəlmələrinin təfsirini mənə de.

Peyğəmbər (s) buyurdu: Allah bilirdi ki, Adəm övladından və cin törəmələrindən bəziləri Allahı inkar edəcək və ona şərik qərar verəcək. Buna görə də buyurdu: "sübhanəllah"-yəni Allah siz deyən kimi deyil(inkar olunmaz və şətiksizdir),pakdır. Habelə, Allah bilirdi ki, bəndələri nemətlərin şükrünü olduğu kimi yerinə yetirə bilməyəcəkdir. Buna görə də bəndələrindən öncə buyurdu: "Əlhəmdulillah"-yəni özü öz nəfsinə (özünə) həmd elədi. "La ilahə illəlah" kəlməsi isə Allahın təkliyinə işarədir. Heç bir əməl "La ilahə illəllah"sız qəbul olunmaz, cənnətə bir nəfərdə "la ilahə illəllah"sız daxil ola bilməz. "La ilahə illəllah" təqva kəlməsidir, qiyamət günü əməllərin ölçü daşıdır. "Allahu əkbər" ən yüksək və Allahın çox sevdiyi kəlmələrdəndir.Namaz bu kəlmə ilə başlanır və Allahın adlarından biridir.

Yəhudi dedi:

Düz buyurdun, ya Məhəmməd. Bəs bu kəlmələri qəbul edənin gələcəyi necə olar?

Peyğəmbər (s) buyurdu: Bəndə "Sübhanəllah" dediyi vaxt ərşdən aşağıda hər nə varsa onunla həmsəda olaraq !Sübhanəllah" deyər. Allah da bunların hamısından on qat artıqlaması ilə öz bəndəsinə savab verər.

Bəndə "Əlhəmdulillah" dediyi zaman Allah ona bu dünyada, ta axirətə çatana qədər, bol nemət verər. Bu kəlmə (yəni "Əlhəmdulillah" kəlməsi ) cənnət kəlməsidir. "Həmd" kəlməsindən başqa bütün kəlmələr axirətdə silinəcək.

Cənnətə gedənlər oraya daxil olduqları zaman yalnız həmin kəlməni deyəcəklər.

"La ilahə illəllah" kəlməsinin savabı və qiyməti isə cənnətdir.

"Allahu əkbər" kəlməsi cənnətin ən yüksək dərəcəsidir.

Yəhudi dedi:

Düz buyudrun, ya Məhəmməd. İcazə verirsənmi yenə soruşum?

Həzrəti Peyğəmbər (s) Cəbrail sağ tərəfində, Mikail sol tərəfində dayandığı halda buyurdu ki, hər nə barədə istəyirsənsə soruş:

Yəhudi soruşdu:

Nə üçün sənə Məhəmməd, Əhməd, Əbul Qasım, Bəşir,nəzir, dai deyirlər?

Peyğəmbər (s) belə buyurdu: Mən göylər aləmində mələklər tərəfindən həmd olunuram, bəyənilmişəm, ona görə də mənə Əhməd deyirlər. Məhəmməd ona görə deyilir ki, yer aləmində bəyənilmişəm. Əbul Qasim ona görə deyilir ki, qiyamət günü Allah cənnət və cəhənnəmi mənimlə bərabər müəyyənləşdirəcək. Mənə iman gətirən cənnətə, gətirməyən isə cəhənnəmə daxil olacaq. Dai ona görə deyilir ki, mən camaatı Rəbbimin dininə çağırıram. Nəzir ona görə deyilir ki, mən camaatı oddan çəkindirirəm Bəşir ona görə deyilir ki, Allaha itaət edənləri cənnətə bəşarət verirəm.

Yəhudu dedi:

Düz buyurdun, ya Məhəmməd. Bəs nə üçün beş vaxt namazı vacib edib?.

Peyğəmbər (s) buyurdu:O zaman ki, günəş zəval xəttinə daxil olar, ərşdən aşağı hər yaranmış Allaha təsbih deyər, elə həmin saatda mənə və mənim ümmətimə namaz vacib olubdur. Bu həmin saatdir ki, qiyamət günü o saatda cəhənnəm əhli cəhənnəmə daxil olacaq. Hər kəs bu saatda səcdədə, rukuda, qiyamda olsa Allah o şəxsə cəhənnəmi haram edər. Buna görə quranda buyurur: "namaz qılın, günəş zaval xəttinə daxil olanda (gün günortaya çatanda)".

Əsr namazı o vaxt qılınır ki, Adəm həmin vaxtda qadağan olunmuş ağacın meyvəsindən yedi və cənnət onun üçün təng (dar) oldu. Allah ona görə Adəmə və onun nəslinə qiyamət gününə qədər əsr namazını qılmağı əmr edib. Allah üçün ən sevimli namaz əsr namazıdır.

"Namazları hifz edin, xüsusən əsr namazını".

Şam namazı o saatdadır ki, Adəm həmin vaxtı tövbə edib və qayıdıb Allaha sarı. Adəmin qadağan edilmiş meyvəni yediyi ilə tövbəsinin arasındaki fasilə dünya zamanı ilə üç yüz il çəkdi. Allah bu üç rükət şam namazını Adəmə və onun övladlarına vacib elədi: Bir rükət öz xətası üçün, bir rükət Həvvanın xətası üçün, bir rükət isə tövbəsi üçün. Bu namazın vaxtı o zamandır ki, həmin vaxtda dua qəbul olunar.

Allah vədə verib ki, hər kəs şam namazından sonra Allahdan bir şey istəsə onun istəyini rədd etməyəcəkdir. Həmçinin Quranda belə buyurur: "Allaha təsbih deyin, axşam vaxtdı və sübh namazı vaxtı".

Allah işa namazını mənə və mənim ümmətimə qəbrin və qiyamət gününün zülmətindən xilas olmaq üçün əmr edib. Hər kim işa namazını qılarsa Allah ona cəhənnəm odunu haram edər, qəbrini nurla doldurar,qiyamət günü Allah ona bir nur göndərər və bu nurla o, sirat körpüsündən asanlıqla keçər.

O ki, qaldı sübh namazına- gün çıxanda şeytanın buynuzunun arxasından görünür.

Allah mənə əmr etdi ki, sübh namazını gün çıxmamışdan və kafirlər ona səcdə etməmişdən öncə, qılın

Sübh namazı bir namazdır ki, onu həm gecəni qoruyan və həm də gündüzü qoruyan mələklər yazır.

Yəhudi dedi:

Düz buyurursan ya Məhəmməd. Bəs, niyə Allah dəstəmazda dörd üzvün yuyulmasını əmr etdi. Halbuki, bu dörd bədən üzvü (üzün və əllərin yuyulması, başın və ayaqların məsh edilməsi) bədənin üzvləri içərisində ən təmiz üzvlərdir.

Peyğəmbər (s) buyurdu: Şeytan Adəmi vəsvəsə etdikdə Adəm əvvəlcə ağaca yaxınlaşdı, onun meyvəsinə baxdı, bu zaman onun üzünün suyu getdi. Sonra meyvədən əli ilə qopartdı, böldü və yedi. Meyvəni yediyi zaman bədəninin hicabı töküldü. Adəm əllərini başına qoyub ağladı.

Adəm tövbə etdikdən sonra Allah dəstəmazı Adəmə və onun övladlarına vacib etdi: üzünü yumalıdı, ona görə ki, ağacın qadağan edilmiş meyvəsinə baxdı, qollarını yumalıdı, ona görə ki, meyvəni qopartmaq üçün əllərini uzatdı, başını məsh etməlidi, ondan ötəri ki, peşimançılıqdan sonra əlini başına qoydu. Ayaqlarını məsh etməyi ona görə əmr etdi ki, Adəm həmin ayaqlarla xətaya tərəf getdi.

Müstəhəbdir ki, məzməzə etsin (ağzına su alsın) və istenşaq eləsin (burnuna su alsın), çünki qəlbi müyvənin iyindən, ağzı meyvənin məzəsindən təmizlənsin.

Yəhudi dedi:

Düz buyurursan, ya Məhəmməd de görüm, dəstəmaz almağın savabı nədir?

Peyğəmbər(s) buyurdu: suyu əlinə aldıqda şeytan ondan uzaqlaşar, ağzını məzməzə etdikdə ürəyi və qəlbi hikmət nuru ilə nurlanar. İstinşaq etdiyi zaman qəbr və od fitnəsindən bəraət qazanır. Üzünü yuduğu zaman üzü Allah nuru ilə nurlanır. Qiyamət günü çox üzlər qara olduğu halda onun üzü ağ olacaq. Qollarını yuduğu zaman Allah onun qollarından od zəncirini açar. Başını məsh etdiyi zaman Allah onun günahlarını silir. Ayaqlarını məsh etdiyi zaman Sirat körpüsündən keçməyə icazə verilir. O Sirat körpüsü ki, çoxları ondan küçəndə ayaqları titrəyəcək.

Yəhudu dedi:

Ya Məhəmməd, düz buyurdun. Xəbər ver mənə görüm, nə üçün insandan nütfə hasil olsa (yəni qadın ilə olsa, ya yuxuda şeytan azdırsa) qüsl vacib olur.(qüsulsuz məscidə daxil ola bilməz, Qurana əl vura bilməz), amma tualetə gedərsə, ondan sonra məscidə daxil olmaq və Qurana əl vurmaq üçün yalnız dəstəmaz kifayət edər?

Peyğəmbə(s) cavabında buyurdu: O zaman ki, Adəm ağacın meyvəsindən yedi bu onu, bədəninin bütün üzvlərinə sirayət etdi və insan cünub olanda (nütfə xaric olan vaxt) nütfə onun bütün bədən üzvlərindən gəlir, buna görə də Allah bütün bədən üzvlərini yumağı (qüsl etməyi vacab buyurdu. Lakin tualetdə adamdan xaric olan murdarlar yalnız onun mədəsindən gələn şeylərdir. Ona görə də bütün bədən üzvlərinin qüslü vacib deyildir.

Yəhudi dedi:

Düz buyurursan, ya Məhəmməd. Mənə həmin şeylərdən xəbər ver ki, Allah Tövratda bəni İsrailə Musadan sonra onlara itaət etməyi əmr edib.

Peyğəmbər (s) sual etdi: Əgər xəbər versəm hidayət olarsan?

Bəli, hidayət olaram

Yəhudi cavab verdi:

Peyğəmbər (s) buyurdu: Tövratda adları çəkilənlərdən birincisi Məhəmməd rəsulullah, ikincisi Əli (ə), üçüncüsü Fatimə (ə), dördüncüsü Həsən (ə), beşincisi Hüseyn (ə)-dır ki, ibrani dilində İlya Əli, Şebr (Həsən), Şobeyr(Hüseyn)və Helyun (Fatimə) kimi yazılıbdır.

Peyğəmbər "əraf" surəsindən 157-ci ayəni və "səff" surəsindən 6-cı ayəni dedi: "Taparsan bu kəlmələri Tövratda və İncildə. Müjdə ver o peyğəmbərdən ki, səndən sonra gələcək və adı olacaq Əhməd".

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Mənə özünün və ailənin hamıdan üstün olduğunu və fəzilətli olmağından xəbər ver.

Dedi: Mənim başqa peyğəmbərlərdən fəzilətli olmağım buna görədir ki, o peyğəmbərlər öz qövmlərini yalnız dinə dəvət ediblər, mən isə həm dəvət edirəm, həmdə qiyamət günündə şəfaət edəcəyəm.

Ailəmin və Əhli- beytimin fəziləti camaata nisbətdə suyun əşyaya nisbəti kimidir. (Yəni əhli- beytim su kimidir, camaat əşya kimi və hər bir əşyanın həyatı su ilə bağlıdır).

"Hər şeyin diriliyini su ilə qərar verdik, niyə iman gətirmirsiniz?"

Əhli-beytə bəslənilən məhəbbətlə din kamilləşir.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Mənə xəbər ver görüm, kişinin qadından üstünlüyü nədir?

Peyğəmbər (s) buyurdu: Kişi göy kimidir, qadın yer kimi. Kişi su kimidir, qadın torpaq kimi. Necə ki, hər bir şeyin diriliyi suya bağlıdır, eləcədə qadının diriliyi kişi ilədir. Allah qadını kişinin fəziləti ilə cənnətə daxil edir. Quran buyurur: "qadınların durumu kişi ilədir. Ki, Allah bəzilərini bəzilərindən üstün yaradıb".

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Bəs, Allah nə üçün belə edib? Niyə kişi göy kimidir, qadın yer kimi?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, qadın hər ay neçə gün ibadətə qabil deyildir (aybaşına görə). Lakin kişi daim qadirdir ki, Allaha itaət eləsin. Buna görə də Allah buyurur ki, qadının durumu kişi ilədir.

Nə üçün qadına aybaşı lazım bilinibdir?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, Həvva cənnətdə Adəmdən qabaq almaya meyl saldı və Adəmi də buna təhrik etdi. Bunun üçün də Allah qadına aybaşını vacib etdi və həmin günlərdə ondan ibadəti istəmədi.

Düz buyurdun ya Məhəmməd. Xəbər ver mənə görüm, niyə Allah orucu sənin ümmətinə otuz gün o biri ümmətlərə daha çox vacib edib?

Peyğəmbər (s) cavabında buyurdu: Adəm meyvəni yedikdən sonra meyvə otuz gün onun qarnında qaldı və Allah da Adəmə və onun övladlarına otuz gün ac və susuz qalmağı əmr elədi. Necə ki, quran buyurur: "oruc sizin üçün vacib oldu, necə ki, sizdən qabaqdakılara yazılmışdı, ta bəlkə təmizlənsinlər".

Yəhudi dedi:

Düzdür Ya Məhəmməd. Bəs oruc tutanın savabı nədir?

Peyğəmbər (s) buyurdu: Əgər bir mömin ramazan ayında orucu tamam incəlikləri və şərtləri ilə tutarsa Allah ona yeddi xüsusiyyət bağışlayar,: biri budur ki, günahları təmizlənər, ikincisi budur ki, öz rəhmətinə daxil edər, üçüncüsü budur ki, xətalarını örtər, dördüncüsü- ölümü asanlaşar,beşincisi- qiyamət günü susuzluqdan və aclıqdan amanda saxlar, altıncısı- cəhənnəm odundan uzaq edər, yeddincisi- cənnət nemətlərini ona halal edər.

Yəhudi dedi:

Düz buyurdun ya Məhəmməd. Xəbər ver mənə, niyə Allah Ərafatda axşamçağı dayanmağı əmr etdi?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, Adəm axşamçağı məsiyət (günah) etmişdi. Elə buna görə də Allah əmr etdi ki, mənim ümmətim Ərafatda dayansın və dua eləsin. Çünki Adəm də xəta etdikdən sonra Ərafatda dayanıb tövbə elədi. Allah Adəmə beş kəlmə (Məhəmməd, Fatimə, Əli, Həsən,Hüseyn adlarını göndərdi Adəm həmin kəlmələrlə tövbə elədi və Allah onun tövbəsini qəbul etdi.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Bəs Ərafatda dayanıb razi-niyaz edənin savabı nədir?

Peyğəmbər (s) buyurdu: Məni haqqa yollayan Allaha and olsun ki, Allahın dərgahının yeddi qapısı var: tövbə qapısı, rəhmət qapısı, fəzl qapısı, ehsan qapısı, bəxşiş qapısı, kərəm qapısı, əff qapısı.

Qabiliyyəti (əhliyyəti) olmayan bu qapılara yaxın düşə bilməz. Allahdan bu xüsusuyyətləri: rəhməti, ehsanı, fəziləti, kərəmi ala bilməzsə əhliyyət tapa bilməz və əhliyyət tapa bilməyən bu qapılardan daxil ola bilməz.

Allahın hüzurunda yüz min mələk var və hər bir mələyin əlinin altında yüz iyirmi min mələk var. Allahın yüz rəhməti,yüz tövbəsi,yüz ehsanı, yüz fəziləti var. Allah Ərafat çölündə dayanıb dua edənlərə bu mələklər vasitəsilə rəhmət göndərir. Bəndə Ərafat çölündəki qaydaları icra etdikdən sonra mələklər şəhadət verirlər ki, Allah, bu bəndə od zəncirlərindən azad oldu və səsləyici (monadi) nida edərək (səslənərək) deyir: hərəkət edirsiniz. (yəni, ərafatdan gedirsiniz),bağışlanmış halda. Siz Allahdan razısınız və Allah da sizdən razıdır.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Xəbər ver mənə həmin on xislətin doqquzundan ki, Allah peyğəmbərlərin içərisində sənin ümmətinə əta edib (veribdir).

Peyğəmbər (s) buyurdu: O doqquz xislətin birincisi "Fatihə" surəsidir, ikincisi-azandır, üçüncüsü-iqamədir, dördüncüsü-məsciddə camaat namazı qılmaqdır, beşincisi-cümə namazıdır, altıncısı-üç namazı ( sübh, məğrib, işa namazlarını) uca səslə qılmaqdır, yeddinci-rüsxətdir (ya xəstədir , ya səfərdədir, ya qocadır-onlara oruc yoxdur),səkkizinci-ölüyə namaz qılmaq, doqquzuncusu ümməti şəfaət etməkdir.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd.Bəs bu işlərin savabı nədir?

Peyğəmbər (s) buyurdu:hər kəs "fatihə" surəsini oxusa Allah göydən gələn kitabların hamısının birlikdə oxunmasının savabı qədər o kəsə savab verəcək. Mənim ümmətimin azan verəni Peyğəmbərlər və şəhidlər savabında olacaq.

O ki, qaldı camaat namazına, mənim ümmətimin camaat namazında olan sirləri dördüncü göydə olan mələklərin sirlərinə bənzəyir və bu namazın hər bir rükətinin 24 rükətə bərabər savabı var.

Cümə günü o gündür ki, Allah həmin gündə bütün insanları hesab ayağına çəkəcək. Hər mömin cümə günü namaza qədəm basarsa Allah qiyamət gününün çətinliyini ona asan edəcək. Hər kəs üç namazı uca səslə qılarsa səs nə qədər uzağa gedərsə sirat körpüsünü Allah qiyamət günü onun üçün bir o qədər genişləndirəcək.

Rüsxət bir dərsdir ki,insan gərək Allahdan öyrənsin və Allah bəndələrinə təxfif və rüsxət, necə ki, Allah insanın acizləşdirdiyi (xəstə olduğu, səfərdə olduğu) zaman təxfif verir. Güzəşt edir, insan da gərək insanlara güzəşt eləsin. Ölüyə namaz qılmaq isə onu can vermə əzabından xilas eləməlidir. bir nəfər mömin bir cənazəyə namaz qılanda o can verən zaman onda yaranan əzablara şəfa verir. O ki, qaldı şəfaətə, bütün günahlar üçün edilən şəfaət qəbul olunacaq, şirkdən və zülmdən başqa.

Yəhudi dedi:

Düz buyurursan ya Məhəmməd. Mən şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur.və peyğəmbərlərdən sonuncusudur.