ALLAHŞÜNASLIQ (ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ)
  • Başlıq: ALLAHŞÜNASLIQ (ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ)
  • yazıçı: MİSBAH YƏZDİ
  • Mənbə:
  • Buraxılış tarixi: 15:42:43 1-9-1403


1– İmam Səccad əleyhissalam buyurur… Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et… Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...

Biharul-ənvar 90÷187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə ÷572.

2– Rəsuli-əəm (s.ə.v.v.) buyurur… Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

Xisal ÷322.

3– İmam Əmirəl-möminin Əli əleyhissalam buyurur… Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.

Nəhcül-bəlağə, kəlimati-qisar÷129.

4– İmam Əmirəl-möminin Əli əleyhissalam buyurur… Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fel və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

Biharul-ənvar÷77÷289.

5– İmam Sadiq əleyhissalam buyurur… Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

Biharul-ənvar ÷70÷25.

6– İmam Sadiq əleyhissalam buyurur… Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yəni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).

Biharul-ənvar ÷93÷162.

7– İmam Baqir əleyhissalam buyurur… Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir… Onun nemətlərini iqrar etsinlər, nəticədə Allah o nmətləri artırsın və günahlarını etiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

Üsuli-kafi÷2÷426.

8– İmam Hüseyn əleyhissalam buyurur… Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

Səfinətul-bihar ÷2÷180.

9– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur… Mömin bəndədə üç xasiyyət olarsa həlak olmaz… Allahdan başqa heç bir məbudun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq.

Səfinətul-bihar÷517.