İSLAM FƏLSƏFƏSİ
  • Başlıq: İSLAM FƏLSƏFƏSİ
  • yazıçı: ƏLƏDDİN MƏLİKOV
  • Mənbə:
  • Buraxılış tarixi: 9:24:37 13-8-1403




İSLAM FƏLSƏFƏSİ İslam fəlsəfəsi mürəkkəb bir elm olaraq antologiya, qnoseologiya‒ idrak nəzəriyyələri‒ (Antologiya dinşünaslıq, teologiya, psixologiya və əsas bəhslərdən sayılan “vücud” və “mahiyyət” və bunların ətrafında gedən məsələlərlə bağlıdır.) kimi müxtəlif məsələlərdən bəhs edir. Bu məsələlər İslam aləmində çox mühüm və geniş fəlsəfi kitab sayılan, İbn Sinanın təlif etdiyi “Şifa”dan tutmuş Sədrülmütə`əlluhin Molla Sədranın yazdığı “Əsfar” kitabınacan əsas məsələlərdən hesab olunurlar. İslam fəlsəfəsi bəhsində söhbətimizi üç məsələyə aydınlıq gətirməklə qabağa aparacağıq:
1. İslam fəlsəfəsi və onun problemləri; Bu məsələni araşdırmazdan öncə İslam və fəlsəfə dedikdə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıylq. Burada "İslam" dedikdə məqsəd, Quran ayələri, Peyğəmbər (s) və on iki imamdan (ə) bizə çatan bütün mötəbər hədislərdir: istər onlarda “varlıq” haqqında söhbət açılsın, istərsə də başqa məsələlərdən. İslam dini yəhudilik və xristianlıq kimi səmavi dinlərdəndir. Belə dinlərdə təlimlər birbaşa uca Tanrıdan onun peyğəmbərlərinə vəhy olunur. Odur ki, onun butün görüşləri qeyd-şərtsiz qəbul olunmalıdır. Amma "fəlsəfə" dedikdə məqsədimiz “varlıq” barəsində olan məsələlərdir. Bunlar məntiqin vastəli və ya vastəsiz isbat metodları ilə əldə edilir. Yuxarıdakı tərifdən məlum olur ki, fəlsəfə yalnız “varlıq” və "gerçəklik" barəsində olan bir sıra primitiv məsələlərdən ibarət deyil və onların cüzi xüsusiyyətlərindən bəhs etmir, əksinə onların həqiqət və düzlüyünün əql yolu ilə isbatına çalışır. Başqa sözlə desək, fəlsəfə varlıq və gerçəklik barəsində olan məsələlərlə iki şərtlə əlaqələnir: 1-Onun yolu dəlil və sübutla olmalıdır. Nəticədə varlıq barəsində olan hər hansı bir məsələ arqumentlə isbat edilməzsə, deməli fəlsəfi məsələ də deyil. 2-Fəlsəfənin əsasları, isbat və inkarı əqlin aydın dəlil formalarına əsaslanmalıdır. Yəni isbatda və inkarda istifadə olunan kateqoriyalar aydın təsəvvürlər və təsdiqlərlə sona çatmalıdır. İndi isə fəlsəfənin problemləri ilə tanış olaq: Birinci problem: Bəzi məsələlərdə əql vəhyin əksinə hökm verir. Qeyd etdiyimiz tərifə görə, fəlsəfədə əql əsas rol oynayır və hər bir məsələnin isbatında əqlin hökmündən istifadə etməlidir. Amma bu fəlsəfə İslam cəmiyyətində vəhyin göstərişlərinə tabe olmalıdır. Nəticədə bəzi məsələlərdə əql vəhyin əksinə hökm verir ki, bu da ziddiyyət yaradır. İkinci problem: Görəsən elə bir yol yoxdurmu ki, onun əsasında heç biri tərəf özlüyündən xaric olmayaraq, aralarında vəhdət hasil olsun? Məsələn: mümkündürmü ki, bir məsələ fəlsəfi bir məsələ olduğu halda, vəhy məsələsi də olsun, yaxud əksinə? Üçüncü problem: Məlumdur ki, İslam dini öz təlimlərinin bəyanında fəlsəfənin ona uyğun olub-olmamasını nəzərə almır. Yəni, biz İslamın əsaslarını fəlsəfi yolla aşkarlaya bilmərik. Elə isə İslam fəlsəfəsinin islami olmaq meyarı nədir? Ümumiyyətlə, fəlsəfənin öz xarakterik xüsusiyyətini qoruyaraq islami də olması mümkündürmü ki, bununla da yəhudi, xristian, qərb və şərq fəlsəfsindən fərqlənsin? Cavabımız müsbətdir. Bunun cavabını ikinci məsələmizə girişlə veririk:
2. İslam fəlsəfəsinin olması mümkündürmü? İslamın vəhydən qaynaqlanan təlimləri fəlsəfədə öz sözünü deməkdən əlavə, ona öz həqiqi təsirini də göstərə bilər. İslamın fəlsəfəyə dörd növ təsiri vardır: 1. Cəhətvermədə təsir: İslam dininin təlimlərinin hamısı eyni əhəmiyyət daşımır. Dinin öz baxışından da onlardan bəziləri çox mühüm, bəziləri mühüm olub, digərləri isə cox az əhəmiyyət kəsb edirlər. Məsələn: İslam dinində Allahı tanımaq özünəməxsus əhəmiyyətə malıkdir. Məhz buna görədir ki, kafirlik və Allaha şərik qoşmaq ən böyük günahlardan sayılır. Sonrakı mərhələdə məad və qeyb aləmi məsələləri daha çox əhəmiyyət kəsb edir. Aydındır ki, dinə inanan bir filosof üçün bu məsələlər ön planda olur və o, həmin məsələlərin axtarışına daha çox vaxt sərf edir. Buna əsasən hər bir din öz əhatəsində inkişaf edən fəlsəfəyə istiqamət verir. Əlbəttə, mümkündür ki, bu istiqamətləndirmə dolayı şəkildə olsun. Yəni, dinin özündən qaynaqlanan mistika və teologiya fəlsəfənin inkişafına təsir göstərsin və nəticədə fəlsəfədə daha dərin və geniş istidlallar əmələ gəlsin 2. Məsələ meydana gətirmədə təsir: Hər bir din özünün varlıq barədəki təlimləri ilə fəlsəfədə yeni məsələləri öndəmə gətirir və nəticədə bu yeni məsələlər fəlsəfədə bəhs olunur. Dindar filosof onların hamısını həqiqi və düzgün bilir, amma fəlsəfəsində həll olmadığı üçün onlar üçün əqli sübut və dəlillər tapmağa cəhd edir. Bununla fəlsəfədə yeni məsələlər əmələ gəlir. Bəzilərinə elə gələ bilər ki, bu iki növ təsir fəlsəfəni sxolostikaya (kəlama) çevirməkdir. Çünki dini məsələləri müdafiə etmək mütəkəllimin vəzifəsidir, filosofun yox. Fəlsəfə bəhsləri isə tam azad olmalıdır. Amma bu səhvdir, çünki fəlsəfənin “varlıq” barədə olan məsələləri əqli arqumentlərlə isbat etməkdən əlavə heç bir şərti yoxdur və bu yolla isbat olunmuş məsələlər, tamamilə fəlsəfi məsələlərdir. İstər məsələnin meydana gəlməsinin və həllinin səbəbi dini müdafiə etmək olsun, istər də başqa səbəblər. 3. Təzə dəlillərin gətirilməsində təsir: Dini təlimlər varlıq barəsində dəlil-sübuta ehtiyac görmür. Amma bu məsələdə yeni dəlillər təklif edir. Məsələn: “Siddiqin dəlili” həmin yolla yaranıb. Bu dəlil Allahın varlığını sübut etmək üçündür. Allahın varlığını isbat etmək üçün dəlil gətirilməsi yeni olmasa da, bu dəlil növü yenidir. 4. Səhvlərin aradan qaldırılmasında təsir: Qeyd etdiyimiz kimi, bəzi varlıq məsələlərində din əqlə zidd hökmlər irəli sürür ki, bu da qarşılaşma yaradır. Əgər fərz etsək ki, bu mövzularda dinin çıxardığı hökm qətidir, onu heç cür təfsir etmək mümkün deyil və digər tərəfdən, əqlin hökmü də dəlillərlə isbat edilmiş məntiqi üsulun nəticəsidir, Bu məqamlarda din fəlsəfəyə öz təsirini göstərir. Amma fəlsəfə də öz fəlsəfi mahiyyətini itirmir. Fəlsəfənin bundan artıq islami olmasını gözləmək, zənnimizcə səhv olardı.
3. İslam fəlsəfəsi mövcuddurmu? Məlum oldu ki, İslam fəlsəfəsinin olması mümkündür. Bəs elə isə belə bir fəlsəfə varmı? Bu sualın cavabında yuxarıda sadaladığımız dörd üsulun hər birinə çoxlu misallar və nümunələr gətirmək olar. İstiqamətləndirmə üçün ən aydın misal bundan ibarətdir ki, İslamın ən yüksək bildiyi məsələ olan tövhid mövzusu İslam fəlsəfəsində geniş yer tutur. Bunu aydınlaşdırmaq üçün Aristotel fəlsəfəsi ilə İbn Sina fəlsəfəsini müqayisə etmək lazımdır. Bu məsələ Aristotel fəlsəfəsində dörd səhifədə müxtəsər şəkildə verilir, özü də birinci hərəkətverən, amma özü hrəkət etməyən varlıq adı altında. Lakin İslam fəlsəfəsinin əvvəlinci və geniş kitablarından sayılan İbn Sinanın müəllifi olduğu “Şəfa” kitabında “ilahiyyat” bəhsinə yüz səhifədən çox yer ayrılıb. Deməli, qeyd olunan mövzu burada əsas prinsiplərdən birinə çevrilib. Sədrül-mütəəllihinin 9 cildlik “Əsfar” kitabının ¼ isə hissəsi yalnız bu məsələ ilə bağlıdır. Digər bi nümunə “Siddiqin dəlili”ndən ibarərtdir. Bu dəlil “Onun hər şeyə Qadir olması kifayət deyilmi?”- ayəsi əsasında qurulub. İlk dəfə buna Farabi öz “Hikəm” kitabında işarə edib. Sonra İbn Sina bu dəlili təkmilləşdirmişdir. Nəhayət Sədrül-mütəəllihin Molla Sədra öz “Əsfar” kitabında bunu varlığın əsilliyinə və onun mərhələlərinə əsaslandıraraq isbat edibdir. Bu dəlilin ən aşkar xüsusiyyəti bundan ibarətdir ki, bütün mümkün məxluqların varlığını inkar etsək belə (vacib varlıq olan), Allahın varlığı isbat olunacaq.