ƏZİZ OLAN MƏKANLAR VƏ ZAMANLAR
  • Başlıq: ƏZİZ OLAN MƏKANLAR VƏ ZAMANLAR
  • yazıçı: CƏMALƏDDİN ŞÜKÜROV
  • Mənbə:
  • Buraxılış tarixi: 15:17:23 1-9-1403


Quranın öz ardıcıllarına verdiyi tapşırıqlardan biri ilahi günləri xatırlayıb əziz saymaqdır. Ilahi günləri xatırlamaq insan taleyində dəyərli ifası olan, haqqın, yaxud ədalətin bərpa edilib bidətin söndüyü gündür. Bu səbəbdən müsəlmanlar yalnız ilahi günləri xatırlamır, həqiqətdə zülmətin tünd qaralığını söndürən, haqla həqiqətin bir növ şölələnən məkanlarına belə ehtiram edirlər. Buna Cümə günü, Fitir və Qurban bayramları, yaxud Rövzətun Nəbi, Ərəfat, Mina, Məşərul Həram, İbrahim Məqamı, Səfa və Mərvə kimi yerləri nümunə göstərmək olar. Əlbəttə, bu məkanlardan başqa Şiənin İmam Hüseyn (ə) və Əlinin (ə) hərəmləri, Tasua və Aşura günləri kimi ikram etdikləri digər müqəddəs günlər, ziyarətgahlar və xüsusi tarixlər vardır. Çünki bu müqəddəs məkan və günlərin hər biri təklikdə İslam səsinin ucalması yolunda böyük insanların zəhməti və cihadının göstəriciləridir.

Beləliklə, vahabilər belə müqəddəs yerləri ziyarət edib ilahi günlərin təntənəli surətdə qeyd olunmasına dini-mənəvi təsirlərin olmadığı halda etiraz edə bilərlər. Eləcə də Haqq həzrətlərinə qarşı üsyan (günah) olduğu halda mərasim və bayramların keçirilməsinə irad tuta bilərlər.

Qeyd etdiyimiz kimi, onların belə şadlıqların keçirilməsinə tutduqları iradın yeganə dəlili:

"لا يتخذوا قبري عيداً"

hədisidir. Bu hədisi isə biz belə mənalandırmışdıq ki, Peyğəmbərin öz davamçılarının müqəddəs torpağı kənarında belə şənlik və bayram məclislərinin qadağan etməsinin səbəbi müsəlmanların o əziz məkanda Haqqın razılığından uzaq və qəbir sahibinin şəninə uyğun olmayan hörmətsizlik ehtimalıdır.

Böyük şiə alimlərindən olan Seyid Möhsün Əmin “Kəşful irtab”, Seyid Abdullah Şübbər “Misbahul ənvar” kitabında yuxarıdakı məsələni təsdiqləməklə yanaşı bu hədisin belə mərasimlərin haramlığına dəlil olmadığını söyləmişlər.[1]

Bayram və Quran

Quran ayələri barəsində diqqətlə fikirləşərkən günlərin iki hissəyə bölündüyünin şahidi oluruq:

1. Mübarək və bayramsayağı günlər: İnsanlara maddi və mənəvi nemətlərin bağışlandığı günlər. Adamların bu nemətləri qoruyub şənlik etməsi, Allaha şükür etməsi günüdür. Məsələn, İsa Məsihin (ə) öz qövmü üçün azuqə istəyi ilə nemətin nazil olduğu gün kimi. Qurani Kərim bu barədə buyurur:

"رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنا عِيْداً لِأوَّلِنَا وَ ءَاَخِرِنَا وَ ءَاَيَةً منكَ وَارْزُقْنَأ و أنْتَ خَيْرُ الرَّازِقِينَ"[2]

“Pərvərdigara! Səmadan bizim üçün ilk və son bayram və Səndən bir nişanə olaraq bir süfrə nazil et və öz tərəfindən bizə ruzi ver ki, Sən ən yaxşı ruzi verənsən”.

Həmçinin, Musanın qövmünün rəhmətə bürünüb, Haqq Taalanın düzgün yoluna düşüb azğınlıqdan qurtulduğu günlər, Musanın (ə) isə belə günləri xatırladıb yada salması üçün məmur olunmasını örnək gətirmək mümkündür:

"و ذَكِّرْهُمْ بِأيّام اللهِ اِنَّ فِي ذَلِكَ لَآَيَـاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ"[3]

“Allah günlərini onlara xatırlat ki, doğrudan da bu yada salmaq da hər dözümlü və şükür edən şəxs üçün ibrətlər vardır”.

2. Nəhs və uğursuz günlər: Bunlar Allahın rəhmət və lütf qapılarının bəndələrin üzünə bağlanıb onların əzab və bəlaya düçar olduqları bir gündür. Məsələn, səkkiz günlük möhkəm əsən külək Ad qövmünü həlakətə uğratdı:

"فَأرْسَلْنَا عَلَيْهِمْ رِيحاً صرصراً فِي أَيَّامٍ نَحسَاتٍ"[4]

“Beləliklə, onlara nəhs gündə güclü külək göndərdik”.

Nəticədə Quranın dediyinə əsasən Rəsulullahın (s) Besət gününü mübarək, vəfat gününü isə uğursuz gün hesab etməyin heç bir eybi yoxdur. Əgər vahabilər bu nəticə ilə müxalifdirlərsə, onlardan soruşmaq lazımdır ki, Quran Musanın qövmünün irşad edilib düz yola düşdükləri günü ilahi gün hesab edərək belə günün əziz olduğunu vacib bilirsə, Rəsulullahın dünya insanlarını hidayət etməyə seçildiyi gün mübarək deyilmi? Nə üçün belə bir günün xatırlanmasına ehtiramla yanaşıb şənlik etməyək?!


[1] Abdullah Şübbər, “Misbahul ənvar”, 2-ci cild, səh. 191.

[2] Maidə (5), 114-cü ayə.

[3] İbrahim (14), 5-ci ayə.

[4] Fussilət (41), 16-cı ayə.