İSLAM HƏCCININ VACIB OLMA ŞƏRTLƏRI
  • Başlıq: İSLAM HƏCCININ VACIB OLMA ŞƏRTLƏRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:26:27 29-6-1403


İSLAM HƏCCININ VACIB OLMA ŞƏRTLƏRI

Həcc bir neçə şərtlə vacib olar (bu şərtlərin hamısı mövcud olmazsa, həcc vacib deyildir).

1 və 2. Həddi-büluğa çatmaq və aqil olmaq.

Deməli, uşaq və dəli şəxsə həcc vacib deyildir.

Məsələ 1. Əgər uşaq həcc ehramına daxil olub həcc əsnasında həddi-büluğa çatarsa, yerinə yetirdiyi əməllər İslam həcci üçün kifayət edir.

Məsələ 2. Əgər bir şəxs həddi-büluğa çatmadığını güman edib müstəhəb həcc niyyəti edər və sonradan onun həddi-büluğa çatdığı məlum olarsa, onun həccinin İslam həcci üçün kifayət etməsi şübhəlidir. Amma əgər Allah-Təalanın ondan istədiyi həcci yerinə yetirmək niyyəti ilə olarsa, kifayət edər.

Məsələ 3. Ovun kəffarəsi vəlinin (uşağın himayədarının) öhdəsinədir. Ovdan başqa kəffarələr isə (zahirən) nə vəlinin, nə də uşağın öhdəsinə deyil.

Məsələ 4. Həccdə qurbanlıq qoyun uşağın vəlisinin öhdəsinədir.